?Sadəcə göz yazları? qalib oldu; Azərbaycanın səsləri satın alması ilə bağlı video yayıldı

img

19-05-2013 [04:15]


İsveçin Malmö şəhərində ?Malmö Arena?da keçirilən ?Eurovision 2013? mahnı müsabiqəsinin qalibi Emmeli de Forest ?Onli Teardrops? (Sadəcə Gözyaşları) mahnısı ilə Danimarka təmsilçisi oldu. Səsvermənin nəticəsinə əsasən, Danimarka 281 xal toplayıb.İkinci yeri 234 xalla Azərbaycan, üçüncü yeri isə 214 xalla Ukrayna tutub. Bu arada isə Litvanın 15min.lt saytı "Eurovision-2013"də səslərin pull satın alınması ilə bağlı şok video yayıb. Mia.az Musavat.com-a istinadən xəbər verir ki, ideoda rus dilində danışan iki nəfər kafedə bir masaya yaxınlaşır və orada əyləşənlərlə danışığa başlayır. Danışıqların mahiyyəti bir nəfərin bir neçə nömrə ilə "Eurovision"un finalında Azərbaycan təmsilçisi Fərid Məmmədova səs verməsidir. Bunun müqabilində adamlara pul mükafatı vəd edilir. Danışıq aparanlar deyirlər ki, Avropanın 15 ölkəsində eyni əməliyyat həyata keçirilir. Qeyd edək ki, "Eurovision-2013"ün finalında Litva Azərbaycan təmsilçisinə 12 xal verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib