ictimai Palatanın sessiyası keçirilib: "Vəziyyətin dəyizəcəyi heç kim üçün sirr olmamalıdır"

img

18-05-2013 [01:50]


Mayın 18-də İctimai Palatanın (İP) sessiyası başlayıb. Tədbiri İP KŞ üzvü Ədalət Yusifli açıb. Öncə toplantının gündəliyi təsdiqlənib. Daha sonar Laçının işğal günü ilə əlaqədar şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra AXCP sədri Əli Kərimli dönəm sədri olduğu müddətə dair hesabat verib. AXCP sədri müstəqil mediaya olan təzyiqlərin artdığını, ?Azadlıq? qəzetinin hesabına bir aydır həbs qoyulduğunu bildirib. Partiya sədri ötən müddət ərzində İP-in QHT nümayəndləri ilə görüşü və Kojenin qalmaqalı ilə bağlı keçirilən tədbirlər haqqında məlumat verib. Ə.Kərimli İP-in qanun pozuntularına dərhal reaksiya verdiyini, yeni həbslər, intrnet qadağası, T.Yaqublu və İ.Məmmədovun həbs müddətinin uzadılmasına, 30 aprel akisiyasına görə həbs olunan gənclərə qarşı hüquq pozuntulaırna etiraz etdiklərini bildirib. Ə.Kərimli daha sonra demokratik qüvvələrin milli birliyinin yaradılmasına dair danışıqlar haqqında danışdı: ?Demokratik qüvvələrin Milli Şurannın yaradılması mütərəqqi ideyadir. Milli Şuraya qarşı hakimiyyət qara piar kampaniyası başlayıb. Milli Şura bizim tərəfimizdən ölkənin demokratik qüvvələrinin geniş koalisyası imkanıdır. Ölkə ictimaiyyətində konsessua yaxın fikir yaranıb ki, İP-in mühüm rolu olub amma daha geniş spektrin yaradılmasına ehtiyac var. Rüstəm İbrahimbəyovun ideyasına dəstək vermişik. Bu hamının razılaşacağı model ola bilər. Bir müddətdir bu ideya ətrafında danışıqlar gedir. Biz Milli Şura yaratmaqla parallel dövlət hakimiyyəti institutu yatarmaq niyyətində deyilik. Milli Şura ölkənin demokratik qüvvələrinin milli şurası olacaq. Biz bu qurumu yarada biləcəyiksə, hədəf hamının səylərini bir araya gətirib hökuməti demokratik seçkiyə məcbur etmək, demokratik dəyişikliklər həyata keçirməkdir. Bu qurumu Rusiyaya bağlamaq təşəbbüsləri edilir. Bu hakimiyyətin seçdiyi təbliğat müharibəsidir. Milli Şuranın yaradılması demokratik qüvvələrin bir araya gəlməsidir. Hakimiyyət narahatdır. Milli Şuranı xalqın gözündən salmaq tapşırığını veriblər. Özəyində Müsavat və AXCP olan milli demokratik düşərgəni ayamalarla bəzəmək xalq düşməni olmaqdır. Bu birliyi hansısa dövlətə bağlamaqla demək isəyirlər ki, ölkədə YAP-çılardan başqa patriotlar olmayib? Bu ideoloji kampaniyanı dəf etməliyik. Bu prosesə qoşulacaq adam Milli Şuranın yaranması bəyannamısini imzalayanda hamı prosesin iştirakçısı olacaq. Biz ölkənin real demokratik qüvvələrinin bu qurumda olmasına razıyıq. Qalanlar da yersiz ambisiyalar irəli sürmədən Milli Şuranın formalaşmasında iştirak etməlidirlər. Hakimiyyətdən narazı olan elitanın bir araya gəməsinə nail olacağıqsa bu bizim ümumi yetkinliyinin göstəricisi, demokratik dəyişiklikləri haqq etməyimiz olacağıq. Bu Azərbaycan xalqının sifarişidir. Biz mühüm tarixi məqamda yaşayırıq. Seçkilərə beş aydan az vaxt qalıb. Ölkədə növbəti president seçkiləri keçiriləcək. Hakimiyyət öz mahiyyətinə sadiqdir. Monarxiya üsul idarəsi hakimiyyətin tək əməlinə yox, təfəkkürlərinə də sahibdir. Ölkənin gündəmində yalnız prezidentin atasının yubileyi var, AXC-nin 95 illiyi yox. Azərbaycan hakimiyyəti yalnız xarici təşkilatların qarşısında öyünmək üçün bu tarixə istinad edir?. Ə.Kərimli sessiya iştirakçılarını mayın 28-də Novxanıda keçirilən tədbirə dəvət edib: "Müvəqqəti xırda uğurlar bunlarə hakimiyyətdə saxlaya bilməz. Biz daha böyük birliklər yaradacağıq. Hamıya bu yolda yürüyən hamıya uğurlar arzu edirəm". Daha sonra İP KŞ üzvü Rahim Hacıyev çıxış edib. O, bildirib ki, Milli Şura millə məsuliyyət məsələsinə çevriləcək: ?Kimin hansı mövqedə olmasından asılı olmayaraq hamının bu prosesdə iştirakı Azərbaycan üçün həyati məsələdir. Hakimiyyətin bir birinin dalınca qanunlara edilən mürtəce dəyişikliklər onların narahatlığını göstərir. Rüşvətdən tutmuş qanunsuz addımlara əl atıblar ki, hakimiyyətlərini qorusunlar. Biz bu işlərin öhdəsindən gələcəyik?. Daha sonra söz İP üzvü Səxavət Əlisoya verilib. O bildirdi ki, AXCP-Müsavat Milli Şurada ağırlığını saxlamalıdır. AXCP sədrinin müavini Q.Muxtarlı da Milli Şura haqqında pozitiv fikirlərini səsləndirdi. Müsavat Gənclər Təşkilatının sədri T.Abbaslı bildirdi ki, İP-in uğurlarını görməməzlikdən gəlmək olmaz: ?Müsavat Partiyası geniş koalisiyaların tərəfdarı, təşəbbüskarı olub. Müsavat Partiyası bundan sonra da ən ağır yükü çiyinlərində daşımağa hazır olacaq?. Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli bildirdi ki, İlham Əliyev sona qədər davam gətirə bilməyəcək. O, da Milli Şuranın müsbət təşəbbüs olduğunu dedi. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə dedi ki, demokratik dəyişiklik lə bağlı səylər artdıqca, hakimiyyətin aqressiyası artır, repressiyalar güclənir: ?Belə təəssürat formalaşdırmağa çalışırlar ki, Bəşər Əsəd rejimindən fərqlənmirlər. Krikit məqamlar yetişsə, radikal addımlar atmağa hazırdırlar. Hakimiyyət o gücdə deyil ki, kənar razılıq olmadan böyük miqyaslı zorakılığa getsin. Qərb demokratiya tələblərindən geri çəkilmək niyyətində deyil. Rusiya ilə də münasibətləri korlnıb. Dəyişikliklərin dinc yolla həyata keçirilməsinin tərəfdarı olmuşuq. Milli Şura ideyası bizim üçün strateji əhəmiyyət daşıyır. Danışıqlar istiqamətində xeyli məsafə qət olunub. Böyük gücə çevrilsək, demokratik dəyişikliklərə nail olacağıq. Regionlarda böyük narazılıq potensialı formalaşıb. Müxalifətçilik soıial fenomenə çevrilib. Sadəcə bu etirazları itiqamətlədirmək üçün üzərimizə məsuliyyıt düşür. Danışıqlarda kimsə problem yaradırsa, bunu ictimailəşdirmək lazımdır. Hər kəs atdığı addıma görə cəmiyyət qarşısında məsuliyyət daşıdığını başa düşməlidir. Hər kəs öz sifətini göstərməlidir? Müsavat partiyasının üzvü Mahirə Muradova Xəzər rayonunda yerləşən bağ evini AXCP-yə qərargah kimi istifadəyə verməyə hazır olduğunu dedi. Sessiyanın yekununda söz çıxış üçün Müsavat Partiyasının başqanı İP KŞ üzvü İsa Qəmbərə verildi. Müsavat başqanı Cümhuriyyətin 95 illik yubileyi ilə bağlı görüləcək tədbirlərdən danışdı. İ.Qəmbər həmçinin qeyd etdi ki, Milli Şuranın formalaşmasına dair danışıqları bu ay yekunlaşdırmağa çalışacaqlar: ?Proses bütövlükdə yaxşı gedir. Bütün mövqelərə normal yanaşmaq lazımdır. Müxtəlif mövqelər Milli Şuranın yaranmasının qarşını ala bilməz. Bu birlikdə olanlar ölkədə gedən proseslərə pozitiv təsir göstərəcəklər. Bir gerçəkliyi də qeyd etmək istəyirəm. İP demokratik qüvvələrin bu gün də ən böyük toparlanma mərkəzidir. İP həm də düzgün qərarlar verdiyinə görə tarixə düşüb. Eyni qaydada da hər kəs başa düşməlidir Milli Şuranın yaranmasına az qalıb. Milli Şura görkəmli heyəti, güclü tərkibi ilə yox, düzgün qərarları ilə vəziyyəti dəyişə bilər. Seçkiyə qədər olan müddətdən düzgün istifadə olunmalıdır. Vəziyyətin dəyişəcəyi heç kim üçün sirr olmalıdır. ABŞ dövlət katibinin köməkçisi gəlib qırmızı xətlərlə danışırsa, Venessiya Komissiyası bir nəfərin üçüncü dəfə prezident olmasını pisləyirsə bu beynəlxalq birliyin mövqeyidir. Venessiya Komisiyası beynəlxalq birliyin hüquqi dilidir?. İ.Qəmbər daha sonra Xudat hadisələrindən danışıb: ?Hakimiyyət nadanlığını davam etdirir. 2013-cü ilin seçkilərindən öncə qanunları sərtləşdirsə də məsələnin çətin olduğunu dərk edir. Cəmiyyət geri çəkilmir. Qorxu əvvəlki kimi hiss olunmur?. İ.Qəmbər qeyd etdi ki, bu gün qərargahda müxtəlif tədbirlər keçiriləcək: ?Demokratiyaya Yardım Fonduna dəstək məqsədilə kampaniya təşkil olunacaq. Saat 15:00-da Nəsiman Yaqublunun Məhəmməd Əmin Rəsulzadə haqqında kitabının təqdimatı olacaq?. Müsavat başqanı çıxışının sonunda tədbir iştirakçılarına qarşıdakı mübarizə yolunda qələbələr arzuladı. Ə.Yusifli sonda tədbirdə səslənən fikirlərin bir qərarda əksini tapmalı olduğunu dedi və qeyd etdi ki, Mayın 28-də saat 12:00-da Novxanıda böyük bayram tədbiri hazırlanacaq. Sessiya himnimizin səsləndirilməsi içlə yekunlaşdı. musavat.com #305;

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA