Ziyalılar Forumu Gültəkin Hacıbəyli ilə bağlı bəyanat verdi: "Kampaniyanın jurnalist Eynulla Fətullayev tərəfindən..."

img

17-05-2013 [03:43]


Azərbaycanın Ziyalılar Formunu keçmiş millət vəkili Gültəkin Hacıbəyli ilə bağlı bəyanat verib. Mia.az xəbər verir kii, bu barədə Modern.az saytına Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü, kinossenarist Eldəniz Quliyev məlumat verib. Ziyalılar Forumunun bəyanatında qeyd edilir: ?Ziyalılar Formu təsisçilərindən olan, parlaq ziyalı xanım Gültəkin Hacıbəyliyə qarşı aparılan şər-böhtan kampaniyasına kəskin şəkildə öz etirazını bildirir. Gültəkin Hacıbəyli millətin fəxr elədiyi, hər zaman işıq saçan nadir şəxsiyyətlərdəndir. O, ziyalı insan bədənli mələkdir. Ona belə qərəzlə yanaşanları Allah təala özü cəzalandırır?. Bəyanatda Gültəkin Hacıbəyliyə qarşı başlanan kampaniyanın jurnalist Eynulla Fətullayev tərəfindən təşkil olunduğu bildirilib. "Eynulla Fətullayevin Gültəkin xanımla bağlı yazısını birmənalı olaraq sifarişli hesab edirik. Bu hərəkətlər heç kimə başucalığı gətirməyəcək". Qeyd edək ki, Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı bu gün keçirdiyi mətbuat konfransında eks-deputat barəsində kəskin ittihamlar irəli sürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA