Deputatdan sabiq deputata sərt cavab: "Yazlanıb, yaddazı pozulub..."

img

17-05-2013 [12:34]


?Maksim Musayevin bu yaşda həqiqətə söykənməyən, böhtan xarakterli ifadələr işlətməsi məni çox təəccübləndirdi. Belə qənaətə gəldim ki, o, yaşlanıb, yaddaşı pozulub, yaxud qəlbində hansısa xəbis hisslər baş qaldırıb?. ?Qafqazinfo? xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə ?Gündəlik Teleqraf? qəzetinə müsahibəsində deyib. Ç. Qənizadə bildirib ki, M. Musayev təkcə ona yox, YAP-ın funksionerlərinə qarşı da yalan, böhtan xarakterli ifadələrə yol verib. M. Musayevin 1993-cü ilin aprelində Qənizadənin onu gülələləyəcəyi ilə bağlı ittihamına belə cavab verib: ?1993-cü ilin aprel ayında nə baş vermişdi ki, bu, Heydər Əliyevi müdafiə etsin, yaxud ona qarşı hansısa zorakılıq olsun? İyun hadisələri iki ay sonra olub. Görünür, ayı da qarışdırır. Onu da qeyd edim ki, mən 1993-cü ilin aprel ayında general rütbəsində Bakı şəhərinin prokuroru işləyirdim. Çiynimdə avtomatla parlamentin koridorlarında gəzməyim cəfəngiyyatdır. Əlimdə kifayət qədər hüquq-mühafizə orqanları vardı, onlara rəhbərlik edirdim. Nə isə olsaydı, çağırtdırar, söhbət edərdim və s. Amma çiynimdə avtomat onun qolundan tutub, aparıb hardasa güllələmək istəməyim sərsəm ifadələrdir və hesab edirəm ki, qocalıq xəstəliyidir. Onu öz vicdanına buraxmışam. Arif Hacılı o zaman parlamentin deputatı olub. Mən millət vəkili deyildim, parlamentdə nə gəzirdim? Ağlına nə gəlir danışır. Özü bilər?. Xatırladaq ki, keçmiş deputat M. Musayev ?Yeni Müsavat? qəzetinə müsahibəsində bu ittihamı səsləndirib: ?Hazırda parlamentdə deputat var, Çingiz Qənizadə. O, 1993-cü ilin aprel ayında əlində avtomat məni güllələməyə aparırdı ki, Heydər Əliyevi təbliğ edirik. O bir qolumdan yapışıb dartırdı, bu biri qolumdan da Arif Hacılı. Yalan deyirəmsə, məni məhkəməyə versin, sübut edim ona bu necə olub. Düz deyirəmsə, eybi yoxdur, gec də olsa üzr istəsin. Əgər o zaman 3 deputat gəlib mənim arxamda durub xilas etməsəydi, məni aparıb güllələyəcəkdi. Çingiz Qənizadə Heydər Əliyevin 1 nömrəli əleyhdarı idi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA