Leyla Əliyeva: "Sənət, mənim həmizə həssaslıqla yanazdığım sahədir"

img

15-05-2013 [10:01]


Mayın 14-də Vyanada Heydər Əliyev Fondunun, ?Baku? jurnalının və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Vyana İncəsənət Tarixi muzeyində ?Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti? sərgisinin rəsmi açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə iştirak edib. Tədbirdə çıxış edən Vyana İncəsənət Tarixi Muzeyinin sərgilərin idarə olunması şöbəsinin rəhbəri Kristian Hölzl bu sərginin Vyanada açılmasından məmnun olduğunu bildirib. O deyib ki, Avstriya tarixinin qiymətli əsərlərinin qorunduğu bu muzey ?Bakıya uçuş? sərgisini qəbul etməkdən şaddır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edib. Azərbaycanın tarixi və zəngin mədəniyyəti barədə danışan Leyla xanım Əliyeva deyib ki, müsəlman aləmində ilk qız məktəbi Azərbaycanda yaranmış, Şərqdə ilk demokratik Respublika Azərbaycanda qurulmuş, Şərqdə ilk opera bizim ölkəmizdə səhnələşdirilib. ?Azərbaycanın paytaxtı Bakı müasirlik və qədimliyin sintezidir? - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti məhz buna görə də bu şəhərin bütün dövrlərdə insanlar üçün maraqlı olduğunu vurğulayıb. Leyla xanım Əliyeva ?Baku? jurnalının fəaliyyətindən danışmış, bu jurnalın Azərbaycanın təbliğinə xüsusi diqqət göstərdiyini bildirmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti sərginin əhəmiyyətini qeyd edərək deyib: ?Əziz dostlar! Sənət, mənim həmişə həssaslıqla yanaşdığım sahədir. Mən çox şadam ki, bu sərgi Azərbaycandan olan istedadlı rəssamlara öz əsərlərini dünyaya nümayiş etdirmək üçün imkan yaradır. Bu sərgidə 21 rəssamın 100-dən çox əsəri təqdim olunur. Bura rəsm əsərləri, video instalyasiyalar, heykəllər və fotoşəkillər daxildir. Biz artıq bu sərgini Avropanın 5 paytaxtında - Londonda, Parisdə, Berlində, Moskvada və Romada təşkil etmişik. Şübhəsiz burada, Vyanada, qədim tarixə malik bu gözəl şəhərdə olmaqdan biz çox məmnunuq. Düşünürəm ki, bu şəhər Avropanın mühüm mədəni sütunlarından biridir?. Vyanada açılan ?Bakıya uçuş? sərgisi mayın 26-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib