KXCP-nin hakimiyyətdən bir sıra tələbləri var

img

14-05-2013 [07:13]


Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. KXCP İdarə Heyətinin iclasında - qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Qərarların icrası ilə bağlı müzakirələr zamanı deyilənlər nəzərə alınıb. Seçki Qərargahının məlumatı dinlənilib və müzakirə olunub. Mitinq Komitəsinin məlumatı dinlənilib. KXCP İH iclasında ?Gündəm-xəbər? qəzetinə qarşı hakimiyyətin basqıları kəskin şəkildə pislənilib. KXCP İH Gəncə şəhər Kəpəz rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 213.2.2 maddəsi ilə ittiham olunan ?Gündəm Xəbər? qəzetinin təsisçisi və baş direktoru Şirin Cəfəri barəsində qaldırılmış cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısının hakimdən Ş. Cəfəri üçün 5 il azadlıqdan məhrum etmə cəzası istəyinə, qəzetin 71 min manat cərimə olunmasına etiraz olaraq bəyanatla çıxış edib. Bəyanatda deyilir: ?Azərbaycanın hakim dairələrinin ?Gündəm Xəbər? qəzetinə qarşı uzun müddətdir ki, apardığı təzyiq kampaniyasının son nəticədə belə bir sonluğa gətirib çıxaracağı gözlənilən idi. Müstəqil mətbuat nümunələrindən olan ?Gündəm Xəbər? qəzetinin əsassız vergi ittihamları ilə üzləşməsi heç çübhəsiz ki, qəzetin susdurulmasına hesablanmışdı. Bu gün Gəncə şəhər Kəpəz rayon məhkəməsində qəzetin baş direktoru Şirin Cəfəriyə dövlət ittihamçısının 5 il cəza istməsi hakimiyyətin ölkədə söz azadlığının mövcudluğu barədə bəyanatlarının əsassız olduğunu bir daha sübut etdi. Klassik Xalq Cəbhəsi Partiyası olaraq ?Gündəm Xəbər? qəzetinin baş redaktoru Şirin Cəfəriyə qarşı ədalətsiz məhkəmə prosesinə, prokurorluğun tutduğu qərəzli mövqeyə etiraz edir, bunu ölkədə söz və mətbuat azadlığına qarşı növbəti basqı kimi qiymətləndiririk. Partiya Ş.Cəfərinin hüquqlarının müdafiəsilə bağlı gərək olan bütün addımları atacaq, müdafiənin əhatə dairəsinin genişlənməsi işində yaxından iştirak edəcək. KXCP ölkə ictimaiyyətini və beynəlxalq təşkilatları da ?Gündəm Xəbər? qəzetinin müdafiəsinə qalxmağa çağırır?. KXCP eyni zamanda bununla bağlı ölkə ictimaiyyətinə və beynəlxalq təşkilatlara da müraciət ünvanlanıb. İH iclasında Xudatda baş verən hadisələrə münasibət bildirilib. Rəsmi açıqlamalarda cəzalandırılması nəzərdə tutulan səbəbkarların kənarda qalması, hadisə haqqında məlumatı olanların, məsələnin mahiyyətini bilənlərin isə cəzalandırılması vurğulanıb. İH ?Rəsmi şəxslərin, konkret hadisədə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin ?Hadisənin səbəbkarı cəzalandırılacaq!? deməsinə baxmayaraq kənarda hadisəni müşaiət edənlər cezalandırılır, həbs olunur.? deyə qeyd edib. KXCP hakmiyyəti ?sosial partlayış qabağı sabitliyi? regionlar üzrə pozmaq istiqamətindəki fəaliyyətdə ehtiyatlı olmağa, odla oynamamağa səsləyir! Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən teror aktının ildönümünün anım mərasimində qanunsuz həbs olunan gənclərin qanunsuz şəkildə cəzalandırılmasını, şəxsiyyətlərinin aşağılanmasını, qanunsuz olaraq şəkillərinin çəkilib yayılmasını, qanunsuz cərimələri qətiyyətlə pisləyən İH, hakimiyyətdən bu pis hərəkət və vərdişlərindən əl çəkməyi tələb edir! KXCP İH Türkiyə Cumhuriyyəti Hatay vilayətinin Reyhanlı şəhərində baş vermiş terror aktlarını pisləyib. İH uzun illər terora məruz qalmış bir ölkənin vətəndaşları kimi Türkiyə Cumhuriyyətinin mövqeyini dəstəklədiyini və Azərbaycanda da anti-terör əməliyyatlarının keçirilməsini məqsədə uyğun hesab etdiyini bildirib. KXCP İH may ayının əvvələrindən dövlət büdcəsinin talanması, icra strukturlarının iflic vəziyyətə gətirilməsi hesabına gerçəkləşən ?Gül bayramı? haqqında Azərbaycan hökümətindən hesabat tələb edir. İH ?Dünyanın hər yerində ədəd, buket (dəstə) ilə hesablanan güllər Azərbaycanda tonla hesablanır. Dünyanın müxtəlif dövlətlərindən gətirilən güllərin Azərbaycan ekologiyasına, ekoloji mühitinə, atmosferinə vurduğu ziyanın hesabını kim verəcək? Sülalə rejiminin bayramına sərf olunan 70 milyon manat(?!), 250 ton (?!) gül, bütün rayon və şəhərlərində keçirilən konsertlər, atəşfəşanlıq torpaqlarının %20-i işğal altında olan Azərbaycanın nəyinə yaraşır, Azərbaycana neçəyə başa gəlir? Hakimiyyətin əhalisinin böyük əksəriyyəti tək Allahlığa inanan Azərbaycanı 2000 il geriyə bütpərəstliyə qaytarması dövlətimizi rişxənd obyektinə çevirir.? deyə ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA