Liberal Partiya bəyanat verdi

img

13-05-2013 [10:22]


Azərbaycan Liberal Partiyası Türkiyədə baş verən terror aktı ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: "Bu günlərdə qardaş Türkiyənin Hatay vilayətinin Reyhanlı yaşayış məntəqəsində terrorçular iki partlayış törətmişlər. Nəticədə onlarla dinc insan həlak olmuş və ağır yaralanmışdır. Azərbyacan Liberal Partiyası bu amansız terror aktını qətiyyətlə pisləyir və hesab edirki, bu aksiyanı planlaşdıran, təşkil edən və həyata keçirənlər Türkiyənin bölgədə və dünyada artan qüdrətindən narahat olanlar və sülhün düşmənlridir. ALP əmndir ki, Türkiyə Cümhuriyyətinin dövlət orqanalrı bu terrorun təşkilatçılaçılarını və icraçılarını qısa müddətdə ifşa edib, qanuni məsuliyyətə cəlb edəcək və məhkəmə qarşısına çıxaracaqdır. Azərbaycan Liberal Partiyası bu terror nəticəsində həlak olanların yaxınlarına, Türk xalqına, dövlətinə və rəhbərliyinə dərin hüznlə başsağlığı verir və yaralılara Ulu Tanrıdan şəfa diləyir". Allah rəhmət eləsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA