ADP Xaçmaz hadisəsinə münasibət bildirdi

img

13-05-2013 [04:23]


52;n ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyai proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Xudatda sərhəd qoşunları əməkdaşı ilə yerli vətəndaşlar arasında yaranan insident və bu məsələ ətrafında yaranan konfliktin ölkədə ciddi narazılıqlar doğurmasına münasibət bildirilib. Qeyd olunub ki, son vaxtlar dövlət məmurları ilə vətəndaşlar arasında yaranan bu gərginliklər mütəmadi xarakter alıb və bunun əsas səbəbləri movcud hakimiyyətin yanlış daxili siyasəti, sosial problemlərin vətəndaşların həyatında dərin izlər buraxması, korrupsiya və rüşvətxorluq fonunda məmurların özbaşınalığı, kadrların mənəvi psixoloji durumunun korlanması, ən əsası isə qanunun aliliyi prinsipinin kobud şəkildə pozulmasıdır. Partiya yetkililəri həssas bölgədə yerləşən və şimal qonşumuzun təxribat törətmə obyektinə çevrilən bu bölgədə yaranan gərginliklərdən, hakimiyyətin bu cür hadisələri müxalif qüvvələrlə əlaqələndirib repressiyalara əl atmasından narahat olduğunu bildirib və sabitliyin pozulmasına xidmət edən bu cür hadisələrdə məsuliyyəti olan məmurların ciddi cəzalandırılmasını tələb edib. İdarə heyəti üzvləri ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ölkəmizə səfəri, səfər zamanı onun iqtidar və müxalif düşərgə arasında dialoqla bağlı etdiyi təşəbbüsə münasibət bildirib və bu cür görüşləriin bir qayda olaraq formal xarakteri daşıdığını, ATƏT-in Azərbaycanla bağlı qəbul etdiyi qətnamə və sənədlərin bu günə qədər havadan asılı qaldığını, Onun Minsk qrupundakı fəaliyyətinin Qarabağ probleminin həllində heç bir təsir gücünə malik olmadığını diqqətə çatdırıb və ATƏT rəhbərliyini ölkəmizin həmin qurumla əlaqədar üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi istiqamətində təsirli addımlar atmağa çağırıb. İdarə heyətində həmçinin ATƏT-in Bakı ofisinin fəaliyyətinin bu qurumun yaradılması prinsiplərinə uyğun gəlməməsi, aşkarlıq və şəffaflığın qorunmaması, siyasi təşkilatlar arasında ayrıseçkilik edilməsi kəskin tənqid edilib. İdarə Heyəti ABŞ-ın Konnikvut ştatının Xocalı soyqırımını tanıması ilə bağlı çıxardığı qərarı alqışlayıb və hakimiyyəti Xocalı soyqırımıının nəinki ABŞ-ın ayrı ayrı ştatlarında eləcə də bütün dünya çapında tanınması üçün lobbi və diplomatik səylərini artımağa çağırıb. İdarə heyəti üzvləri Türkiyədə çoxsaylı insanın ölümü və onlarla insanın ağır yaralanması ilə nəticələnən terror hadisəsindən dərin sarsıntı keçirdiyini bildirib və bu qanlı hadisəni qətiyyətlə pisləməklə bərabər Qərbi, xüsusi ilə də ABŞ-ı Yaxın Şərqin təhlükəsizliyini pozan olaylara həssas yanaşmağa, terrora, qonşu ölkələrlə müharibələrə, antiinsani hərəkətlərə yol açan regonal problemləri vaxtında və beynəlxalq hüquqa uyğun olaraq çözməyə və bu bölgədə yaşanan gərginkliklərə son qoymağa çağırıb. İdarə heyəti tanınmış vəkil A.İsmayılovun vəkillər kollegiyasından uzaqlaşdırılması faktını pisləyib və onunla bərabər ölkə çapında tanınan digər müstəqil düşüncəli vəkillərin- N.Səfərovun, Q.Məmmədovun, Xalid Bağırovun, Elçin Namazovun və başqalarının vəkilllər kollegiyasından məqsədyönlü şəkildə kənarlaşdırılmasını vəkillik institunun tamamilə məhv edilməsinə yönəlmiş addım kimi dəyərləndirib. İclasda müxalifətin birlik formatları ilə bağlı müzakirələr davam etdirilib və tanınmış kinorejissor R.İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyasının həyata keçirilməsinin ləngiməsindən narahatçılıq ifadə olunub. İdarə Heyətində müxalifətin birliyi ilə əlaqədar müzakirələrin davam etdirilməsinin məqsədəuyğun olması bir daha qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA