AXCP Aslan ismayılovun müdafiəsinə qalxdı

img

11-05-2013 [06:12]


Azərbaycan Xalq Cəbhəsi Partiyası tanınmış hüquqşünas Aslan İsmayılovun vəkillikdən qanunsuz uzaqlaşdırılması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: ?Cəmiyyətin haqqı ədaləti, hüquq pozulanları müdafiə edən kimi tanıdığı ictimai xadim Aslan İsmayılov Vəkillər Kolegiyasının üzvlüyündən qondarma əsaslarla, bəhanələrlər uzaqlaşdırılıb. AXCP hesab edir ki, Aslan İsmayılovun Vəkillər Kolegiyasının üzvlüyündən uzaqlaşdırılması, onun peşəkar fəaliyyətdən məhrum edilməsi indiyə qədərki prinsipial vətəndaş mövqeyi, ölkədəki eybəcərliklər bağlı göstərdiyi sərt ziyalı mövqeyi üçün siyasi mülahizələrlə müəyyənləşdirilən cəzadır. Vəkillər Kolegiyası çox təəssüf ki, öz peşəkar fəaliyyətindən gen duraraq, insan hüquq və azadlıqlarının qorunmasından daha çox Azərbaycan hakimiyyətinin əlində cəza alətinə çevirlirib. Ölkə ictimaiyyətinin böyük hörmətlə qəbul etdiyi İntiqam Əliyevin, Ənnağı Hacıbəylinin, Qurban Məmmədovun, Elçin Namazovun, Xalid Bağırovun, Osman Kazımovun, Namizəd Səfərovun, Eldar Qurbanovun və s müxtəlif zamanlarda kollegiyadan qondarma əsaslarla uzaqlaşdırıması dediklərimizə sübutdur. AXCP bəyan edir ki, hakimiyyətin son aylarda daha da aqressivləşməsi, partiya strukturlarının evlərdə belə keçirdiyi yığıncaqlara müdaxilə etməsi, bir sıra hallarda oppenetlərinə qarşı fikziki gücdən istifadə etməsi, gənclərə qarşı göstərilənən xüsusi amansızlıqlar və o cümlədən Aslan İsmayılov kimi ictimai xadimə qarşı seçilən cəza siyasəti rejimin bilavasitə yaxınlaşan dəyişikliklərə bağlı qorxusundan irəli gəlir. Azərbaycan xalqının indiki hakimiyyətə heç bir etimadı olmadığı anlamaqlarından irəli gəlir. AXCP bildirir ki, bütün dünya təcrübəsində olduğu kimi Azərbaycanda da sərt anti- insanı tədbirlər belə xalqımızın köklü demokratik dəyişikliklər uğurunda mübarizəsinin qarşısını ala bilməyəcək. AXCP əməndir ki, ölkənin prinsipial hüquqşünasları da, siyasi qüvvələri, ziyaliları, gəncləri də ölkədə ciddi dəyişiklərə nail olanadək heç nəyə baxmadan mübarizələrini davam etdirəcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA