Müsavat Partiyası Xudatda baz verən hadisə ilə bağlı bəyanat yayıb

img

10-05-2013 [05:26]


Müsavat Partiyası dünən Xaçmaz rayonunun Xudat şəhərində baş verən hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: "Dünən Dövlət Sərhəd Xidmətinə aid hərbi hissənin Rövşən Səfərov adlı zabiti Xudat yolunda avtoqəza törədib. Qəzanın günahkarı özü olmasına baxmayaraq, hərbçı maşından düşərək digər avtomobildə qadın və uşaqların olmasına da məhəl qoymadan nalayiq ifadələrlə xudatlıları təhqir edib. Bu söyüş və təhqirlərdən hiddətlənən insanlar baş verənlərə etiraz olaraq Xudatın mərkəzinə axışıb. Xudat polis şöbəsinin rəisi Elçin Rəcəbov günahkarların cəzalandırılacağına söz verdikdən sonra 4 saata yaxın davam edən aksiya başa çatıb. Lakin aksiya dağıldıqdan sonra hakimiyyət əvvəlki ənənələrinə sadiq qalaraq heç bir günahı olmayan adamları cəzalandırmağa başlayıb və hədəf kimi yenə də müxalifəti seçib. Daxili işlər nazirliyinin hadisə barədəki rəsmi məlumatında hadisəyə görə əsassız olaraq müxalifət partiyalarının, konkret olaraq Müsavat Partiyasının üzvüləri suçlanır. Halbuki Müsavat Partiyasının həbs olunan üzvülərinin həmin insidentə heç bir aidiyyəti olmayıb. Müsavat Partiyası Xudat hadisələrini hakimiyyətin ölkədə yeritdiyi dərəbəylik siyasətinin növbəti təzahüri kimi qiymətləndirir və bildirir ki, nə qədər ki, ölkədə qanunsuzluqlar baş alıb gedəcək bu cür hadisələr də tez-tez baş verəcək. Partiya habelə qanunsuz olaraq həbs edilmiş və barələrində 10 sutkalıq inzibati həbs qərarı çıxarılmış Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrahın, partiya üzvləri Fikrət Əliyevin, Ələddin Mirzəyevin, rayon sakini Nüsrət Qarayevin dərhal həbsdən azad edilməsini tələb edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA