Aydın Mirzəzadə Hacıbala Abutalıbov jurnalistlərlə bağlı dediklərinə reaksiya verib

img

10-05-2013 [05:06]


"Jurnalistlərin əməyinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət olub və vardır. Bu günlər səhifəmdə ancaq dahi Azərbaycan siyasətçisi Heydər Əliyevin xatirəsinə həsr edilmiş materiallar yerləşdirmək fikirində idim. Ancaq bu gün internet səhifələrində Bakı İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun jurnalistlərin ünvanına səsləndirdiyi bir ifadəyə rast gəldim". Bu fikirlər YAP Siyasi Şura üzvü. millət vəkili Aydın Mirzəzadə facebbok sosial şəbəkəsindəki profilində yazdığı statusda yer alıb. "Təəssüf edirəm ki, belə bir fikir gedibdir. Jurnalistlər cəmiyyətimizin görən gözü, danışan dilləridir. Onların zəhməti ilə cəmiyyət gedən proseslərdən xəbər tutur, müxtəlif fikirlərlə tanış olur, inkişaf prsosesinə öz əvəzsiz töhfələrini verirlər. Onların içərisində olan bir-iki təsadüfi şəxsə hamısına eyni qiymət vermək düzgün deyildir", - deyə A.Mirzəzadə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA