Yaqub Mahmudovla Siruz Təbrizli arasında qalmaqal: "Onun cavabını verəcəm"

img

08-05-2013 [01:16]


AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan Siruz Təbrizliyə onun haqqında dediyi fikirlərə görə cavab verəcək. 

Bu barədə Modern.az saytına Y.Mahmudov özü məlumat verib.

 Hazırda Şəkidə olan deputat Bakıya qayıdandan sonra Siruz Təbrizliyə cavab verəcəyini vurğulayıb: "Mən indi tədbirlərdəyəm. Bakıya qayıdandan sonra onun fikirlərinə öz cavabımı, münasibətimi bildirəcəm". 

 Qeyd edək ki, vaxtilə hakim partiyasının əsas funksionerlərindən olan Siruz Təbrizli haqqın.az-a müashibəsində tarixçi alim Yaqub Mahmudovu sərt tənqid edib. S.Təbrizlinin fikrincə, indi mərhum prezident Heydər Əliyevin siyəsətini dəstəkləyən Y.Mahmudov 1991-ci ildə ona qarşı çıxan şəxslərdən biri olub. 

"Dünən televizora baxıram. Tarixçi deputat Yaqub Mahmudov Heydər Əliyevin həyatı barədə danışır. Bu həmin Yaqub Mahmudovdur ki, 1991-ci ildə Heydər Əliyeva qarşı müraciət imzalayıb, onu düşmən və sovet dövrünün baş korrupsioneri adlandırıb"-deyə S.Təbrizli qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA