Oğuzda əhali ayağa qalxdı; 400 kəndli toplazıb

img

08-05-2013 [12:03]


Azərbaycanın şimal-qərbində Oğuz rayonunun Xaçmaz kəndində sosial-iqtisadi tələblərlə etiraz aksiyası keçirilib. Mia.az xəbər verir ki, bu barədə Turan-ın bölgə müxbiri məlumata yayıb. Xəbərə görə, 400-ə yaxın yerli sakin kənd icra hakimiyyətinin binası qarşısında toplaşıb. Onlar pis yollara, ağac kömürü istehsalının qadağan edilməsinə etiraz ediblər. Kəndlilər bu problemlərin həllini və təbii qazla təmin edilməyi tələb ediblər. Kənd hakimiyyətinin rəhbəri qarşıya qoyulmuş məsələlərə bağxmağı vəd edib. Eyni zamanda, kəndlilərə bildiriblər ki, 8 may saat 15.00-da rayon icra başçısı Xaçmaza gələcək və onlarla görüşəcək. Sakinlər qapalı məkanda deyil, açıq havada görüş keçirilməsini tələb edirlər ki, bütün arzu edənlər görüşdə iştirak edə bilsin. İnsanlar xəbərdarlıq ediblər ki, rayon başçısı ilə görüş baş tutmasa, problemlər də həllini tapmasa, onlar Qəbələ-Şəki avtomobil yolunu bağlayacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA