KXCP yenidən toplandı

img

06-05-2013 [09:51]


Klassik Xalq Cəbhəsi Partiyası Azərbaycan Xalq Cumhuriyyətinin 95 illik yubileyinə hazırlaşır. Bu gün Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Bakı şəhəri və işğal altında olan rayonların şöbə sədrlərinin müşavirəsi keçirilib. Yığıncağı giriş sözü ilə açan KXCP sədrinin Təşkilati Məsələlər üzrə müavini Xəzər Teyyublu ölkədəki ictimi-siyasi vəziyyət haqqında danışıb. Partiyanın seçki qabağı vəziyyəti ilə bağlı məruzə ilə çıxış edən KXCP rəsmisi yerlərdə daha da fəal olmağın vacibliyinə diqqət çəkib. Rayon/şəhər şöbə sədrləri müvafiq təlimatlar haqqında müzakirələr aparıblar. Ardından Azərbaycan Xalq Cumhuriyyətinin 95 illik yubileyi münasibətilə 28 may Respublika Günündə ölkə daxili və ölkədən kənarda geniş miqyaslı bayram aksiyalarının keçirilməsi haqqında müvafiq qərarlar qəbul edilib. Sonda şöbələrə görüləcək vəzifələrdən irəli gələn tapşırıqlar verilib. Yığıncaq Azərbaycan dövlət himni ilə yekunlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA