Əli Həsənov 2003 hadisələrindən danızdı: "O cür hərəkət edən məmurlar öz dərslərini alıblar?

img

06-05-2013 [12:31]


?2003-cü ildə Azərbaycana dövlətinin mövcudluğu sübuta yetirilib. Baxmayaraq ki, Azərbaycan güclü xarici müdaxilələr var idi?. Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, 2003- cü ildə baş verən hadisələrdən Azərbaycan böyük uğurla çıxıbsa, bundan sonra bizi heç bir təhlükə gözləmir: ?Müdaxilələr indi də var və bu il də davam edəcək. Bunu hamı görür. Əgər 2003-cü ildə müdaxilələr seçki ilində başlamışdısa, bu dəfəki müdaxilələr iki il əvvəl başlayıb. Bunun da bir səbəbi var, Azərbaycanı dünyada maraq mərkəzinə çevirdiyinə görə prezident İlham Əliyevi qısqanırlar. Bizə çox ciddi qısqanclıq var?. Əli Həsənov 2003-cü ildə baş verən məmurlar arasındakı münaqişələrin bu il də gözlənilirmi sualına da aydınlıq gətirib: ?Onda o cür hərəkət edənlər öz dərslərini alıblar. İnanmıram ki, kimsə bir daha belə fikrə düşsün. Görünür ki, bunu da yaşamalı və keçməli idik. Yaşadıq keçdik. Bu il aydınlıq tamdır?(qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA