Tanınmız rəqqasdan sərt ittihamlar: "Nə Milli Məclis, belə də Milli Məclis olar?"

img

06-05-2013 [10:19]


Azərbaycan toylarında əcnəbi rəqslərin ifa olunması mütəxəssislər tərəfindən narazılıqla qarşılanıb. Muğam teatrının rejissoru Arif Qazıyev toylarımızın əksəriyyətində "Vağzalı" rəqsini "Mendelson"un əvəzləməsini mənəviyyatımıza vurulan zərbə kimi qiymətləndirib. Əməkdar artist, tanınmış rəqqas Kamil Dadaşovla müsahibəyə də bu mövzu ilə başladıq. - Mən heç vaxt özündə əcnəbi elementləri əks etdirən rəqs qurmamışam. Azərbaycan gəlini "Vağzalı" və "Vals"la köçməlidir. Hansı ki, həmin musiqi "Bəxtiyar" filmində Rəşid Behbudovun ifasında səslənir. Rəşid Behbudovun səsi ilə pilləkənin üstündə rəqs qurmuşam. Əsl "Vals" odur! Gələnlərə deyirəm ki, onu istəyirsinizsə, quraram. Müasir rəqs də qururam. Amma niyə qurum? Azərbaycan toyunda müasir rəqs olmamalıdır? [b]- Deyirsiniz ki, Sizə müraciət edənlər olur. Əsas tələbat hansı rəqslərədir?[/b] - Azərbaycan rəqslərinə maraq böyükdür. Mən pula görə mentalitetə zərbə vurmaram. Müasir rəqsə ancaq toya gələnlər oynamalıdır. Gəlin "Vağzalı" ilə gəlib, "Mirzəyi"yə qol qaldırmalıdır. Bu rəqsin elementləri var. Onu hər adam qura bilmir. Mən bu rəqsləri həmin elementlərlə birlikdə qururam. Bu iki rəqsdəki əsas element xalqın hərəkətidir. Bir nəfər deyə bilməz ki, bu rəqsdə müasir elementlər var. [b]- Aprelin 29-da dünyada rəqs günü qeyd olundu. Siz bu bayramı necə keçirdiniz?[/b] - AzTV-nin qonağı oldum. Sonra isə evimdə çəkiliş aparıldı. ATV-dən də qonaqlarım vardı. Mənim xarakterimdə qəribəlik var. Əgər məni dəvət etməsələr, heç yerə getmirəm. Necə deyərlər, çağırılmayan yeri dar etmirəm. Çəkiliş üçün sənətkara yalvararlar, sənətkar heç kimə yalvarmamalıdır. Telejuralistləri evimə dəvət etməkdə məqsədim vardı. İstəyirdim ki, canını rəqs sənətinin yolunda qoyan sənətkarın evini görsünlər. Əvvəllər Azərbaycanda rəqs gününü təmtəraqlı qeyd edir, ölkənin dörd bir tərəfindən gəlmiş rəqqaslar öz məharətlərini nümayiş etdirirdilər. Sonra isə Heydər Əliyev Sarayında konsert olurdu. Konsertin adı belə idi: "Bir bağçanın çiçəkləri". İndi heç kimi yada salmırlar. Bilmirlər ki, rəqs sənəti var, ya yox. Sanki Azərbaycanda rəqs sənəti yoxdur, heç vaxt da olmayıb. Amma Kamil Dadaşov kimi rəqs müəllimi bu günə kimi olmayıb, bundan sonra da olmayacaq. Eybi yox, ölməmişəm, hələ sağam. Xəstələndim, amma xəstəliyə güc gəlib ayağa qalxdım. [b]- Mədəniyyət və Turizm Nazirliyindən, işlədiyiniz Mahnı və Rəqs Ansamblından Sizi təbrik edən oldumu?[/b] - Mən heç kimin yadına düşmədim. Nə nazirlik? Nə ansambıl? Mədəniyyət və Turizm Nazirliyi Kamil Dadaşov adlı adamı çoxdan yaddan çıxarıb. Onlar bilmirlər ki, Kamil həyatdadır, ya ölüb. 2005-ci ildə Prezident təqaüdünə layiq görülsəm də, bu günə kimi bir qəpik də ala bilməmişəm. Vermirlər. Axı, mən oxuyan, atlanıb-düşən müğənni deyiləm. Müğənni olsaydım, o pulu mənə çoxdan verərdilər. Pulu ancaq müğənnilərə, soyunanlara verirlər. Qadın olsan, fəxri ad da alarsan, mükafat da. Onlar gerçəkdən artistlik edirlər. Mən isə artistlik edə bilmirəm. [b]- Telekanallara müsahibə verərkən bu problemlər barədə danışdınızmı?[/b] - Çox şeydən danışdım, amma hamısını soğan kimi doğradılar. Qorxurlar. Üzümə deyirlər ki, Kamil müəllim, siz danışın, biz dinləyək, amma belə sözləri efirə verə bilmərik. Soruşuram ki, niyə? Deyirlər ki, bizi işdən çıxararlar. Bu da televiziya! AzTV də, İctimai Televiziya da mənim tənqidi fikirlərimə yer ayırmaqdan imtina etdi. ANS də qorxur. Efirə çıxmamış dedilər ki, Kamil müəllim, bir az yumşaq danışın. Görün, məni necə təqdim edirlər: respublikanın xalq artisti Kamil Dadaşov qonağımızdır. Deyirəm, a bala, mən xalqın artistiyəm, xalq artisti deyiləm. A bala, mənə bu titulu verən olmayıb. 1967-ci ildə əməkdar artist fəxri adını almışam. And olsun Allaha, bundan xəbərim olmayıb. Rejissor söz verdi. Dedi ki, Kamil müəllim, mən sizi ATV-yə çağıracam, ürəyinizi açarsınız. Qoy məni işdən çıxarsınlar. İndi görək nə olacaq. Yetimə gəl-gəl deyən çox olar, amma çörək verən az. Məni başqa verilişlərə də dəvət edirlər. Amma getmirəm, deyirəm ki, xəstəyəm, qocalmışam. Amma ürəyim qoca deyil. Yaman xəstələnmişdim. Fikirləşdim ki, ölürəm. Amma sonda kəfəni yırta bildim. Beynimə qan işləmirdi. Ağır bir əməliyyat keçirdim. İki ay yarım evdə yatdım. Kreslodan ayağa qalxa bilmədim. ?ə yaxşı ki, övladlarım, qız balalarım var. Mənə elə baxdılar ki, xəstəliyimi də yaddan çıxardım. Qız ata-anaya baxan, onun qulluğunda dayanandı. Oğlan olub nə etmişəm? ?ə etdimsə xalq, dövlət yolunda etdim. İndi qulluğumda dayanan qızlarıma vaxt ayıra bilmədim ki, ata kimi nəvazişlərini çəkəm. Amma hanı? Dövlət bunu bildimi? Qiymətləndirdimi? İçim özümü yandırır, çölüm özgəni. [b]- Siz də yaşa görə qurban gedənlərdən oldunuz?[/b] - Bizi yaşa görə işdən çıxardılar, sənətdən uzaqlaşdırdılar. Dedilər ki, yaşınız çoxdur, sizə işləmək olmaz. Sənətkar üçün yaşın nə fərqi var? Mənə həmişə yalvarıblar. Bu günə kimi məni işdən çıxaran olmamışdı. Mədəni-Maarif Texnikumunda işləyirdim. Ərizə yazdım, rəhmətlik Tofiq müəllim cırıb atdı. Dedi ki, səni buraxmıram, rəqs sənəti ölür, adam azdır, sənə öz cibimdən pul verəcəm. Dedim ki, elə şey olar. Mən gəlib sənin yanında yolçu kimi dayanacam ki, nə olar, mənə əl tut. Mən elə kişiyəm məgər? Dedim, yox e, getmərəm. Axırda poçtla ərizə göndərdim, o da qol çəkdi. Mən işdən qovan adam hələ anasından olmayıb. Bu, dövlətin qanunudur. Kim sakit adamdırsa, onu saxlayırlar. Kim özünü kişi kimi aparırsa, onu çıxarırlar. Belələrinə yer yoxdur. Bildim ki, çıxaracaqlar, özüm ərizə yazıb getdim. [b]- "Şöhrət" ordenli Xumar Zülfüqarova da rəqs sənətinin bu sahədən bixəbər adamların inhisarına keçməsindən şikayətlənir...[/b] - Məryəm Süleymanova bayrağı arxasına bağlayıb oynayır, sonra da bayrağı tullayır. Rəqqasəyə bax, "Mirzəyi", sonra "Şaloko" oynayır. Bu rəqsi Xumar xanım qurub. Mən qəzetdə yazıb, onları biabır etdim. Əvvəl bilmirdim onu Xumar xanım qurub. Xumar xanımı görəndə dedim ki, utanmırsan, bu nə rəqsdir, qurmusan? Dedi ki, yaxşı pul verdilər, mən də qurdum. Dedim pula görə sənəti satarlar? Sən müəllimsən, neçə ilini bu sənətə həsr etmisən, bu, sənə yaraşmaz! Məryəm mənim qorxumdan bir toyda oynaya bilmir. Demişəm ki, səni hansı toyda görsəm, sən oynayanda ipi götürüb boğazına keçirəcəm, səni əzabla öldürəcəm. Vallah, düz deyirəm, Məryəmi öldürəcəm. Toya gedəndə soruşuram ki, Məryəm burdadır? Eşidəndə ki, ordadır, deyirəm, əgər oynasa, özündən küssün, pulunu alıb rədd olsun! Belə də edib. Evimə zəng vurub hədə-qorxu gəliblər. Deyiblər ki, əl çək Məryəmdən, bu sənə baha başa gələcək. Gördüm vəziyyət qəlizdir, dedim gəl görüşək. Bir saat ərzində hara deyirsən gəlim. Gəlməsəm kişi deyiləm, yox əgər gəlməsən, sən kişi deyilsən. Telefonu söndürdü. Yaman əsəblənşmişdim, gedib onu öldürəcəkdim. O, bıçaq çıxarsa, mən xəncəl çıxaracaqdım. Onu öldürməsəm, əl çəkmərəm. Azərbaycan folkloruna əl vurmaq olmaz! 60 ildir sənətdəyəm. Onun 40 ilini müəllim işləmişəm. Rəqs qurub, ansambl yaratmışam. Bundan başqa, "Göygöl" ansamblını da mən qurmuşam. Heydər Əliyev Sarayında iki dəfə konsert vermişəm. Amma indi bunlara baxan kimdir? Hər şeyi pul həll edir. Həyat gündən-günə çətinləşir. Bir dəfə nazirin qəbuluna getmişəm. Yazdığım məktubları götürüb bir kənara atırlar... [b]- Əbülfəs Qarayev Sizə nə dedi?[/b] - Kömək edəcəyinə söz verdi. Amma o vaxtdan 8 il ötüb. Bu yaxınlarda yenə görüşdüm. Son iki ildə getməmişəm, görüşməmişəm, getmərəm də. Mən söz verənin, verdiyi sözə əməl etməyən adamın yanına bir də getmərəm. Nazirlikdə mənə dedilər ki, bu işlə şəxsən nazir özü məşğul olur. Amma ortada real nəticə yoxdur. Mən bilmirəm, kimə nə etmişəm? Mənim xidmətlərimin qarşılığı ödənmir. Bütün qəzetlər yazdı, yenə yada salan olmadı. 75 yaşım tamam olanda da heç kimin yadına düşmədim. [b]- Milli Məclisin Mədəniyyət Komitəsinə müraciət etmisiniz?[/b] - Nə Milli Məclis, nə komitə? Belə də Milli Məclis olar? Ora yazmadığım ərizə qalmayıb. Hansısa məmur götürüb atır zibil qutusuna. Bütün məktublar Fatma Abdullazadəyə gedir. O da götürür atır. Mənim onunla salam-kəlamım yoxdur. Cibinin pulunu vermir ki... Mən kim olmuşam? İndi o günlərə dönəndə dəli oluram. Bəs elədirsə, onda niyə məni qəbul edirdi? ?iyə o sözləri deyirdi? Əbülfəs Qarayev məni müavinlərinin yanında qəbul etdi və dedi ki, bilirsiniz, bu adam kimdir? Nələr dedi, nələr... Qoymadı ki, ağzımı açıb bircə kəlmə danışam. Dedi ki, əlinizdəki nədir? Dedim ki, sizdən əvvəl nazirin mənə göndərdiyi məktub. Əbülfəs Qarayev onu məndən alıb oxudu. Məktubda belə yazılmışdı: "Hörmətli Kamil müəllim! Siz nazirliyin təqdimatı üzrə 2005-c ildən Prezident təqaüdünə layiq görülmüsünüz". Həmin məktub məndədir. Əbülfəs Qarayev müavinindən soruşdu ki, bu düzdür? O da cavab verdi ki, bəli. Dedi ki, bu məsələni həll etmək lazımdır. Hanı nəticə? Amma söz düşəndə deyirlər ki, Prezident təqaüdü alırsan. Bu adamlar Kamili öldürməsələr, əl çəkməyəcəklər. [b]Bahar RÜSTƏMLİ[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib