Elzad Abdullayev: ?Məni öldürmək istəyirlər?

img

03-05-2013 [12:14]


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, son vaxtlar yaydığı qalmaqallı videolarla gündəmdə olan Elşad Abdullayev yeni iddia ilə çıxış edib. O, ?Yeni Müsavat?a müsahibəsində izləndiyini, həyatına təhlükə olduğunu açıqlayıb: ?Bir-iki dəfə istəyirdilər ki, məni burdan uzaqlaşdırsınlar, deportasiya etsinlər. İndiki vəziyyətdə məni Sevinc Babayevasayağı öldürmək istəyirlər. İndi Strasburqa gəlməyim barədə deyirlər ki, guya mən burda şikayət etmişəm. Amma Bakıda mən rektor olduğum müddətdə şikayət etmişəm. 4 aprel 2010-cu il tarixindədir mənim Avropa Məhkəməsinə şikayətim. Mən isə Bakıdan 2010-cu ilin sentyabr ayının 21-də çıxmışam. Apreldə müəyyən proseslər başladı. Hətta həmin vaxt Tahir Salahov, Misir Mərdanov, MTN naziri məni çağırdı ki, ordan sənədlərini götür. Götürməsən, sənin üçün çox pis olacaq. Mən isə dedim ki, ?şikayəti geri götürməyəcəyəm, çünki siz bu problemləri həll etmək istəmirsiniz, taleyimlə futbol topu kimi oynayırsınız. Bir qardaşımı oğurlamısınız, o birini zəhərləmisiniz, özümə qara maskalılar basqın edir, heç şikayətimə də baxmırsınız. Mən nə etməliyəm? Mən hüquq dilində danışıram?. Bakıda olanda şikayət etmişəm və ondan dərhal sonra mənə hücumlar başlayıb. Necə olur ki, bir il qabaq mən Bakıda Təhsil Nazirliyi tərəfindən qabaqcıl təhsil işçisi adını alıram, bir il sonra isə ölkəni tərk edirəm? Bu nə cür olur? 59 yaşımda mən niyə ölkədən qaçmalıydım? Çünki haqqımı istəyirdim. Qardaşımı oğurlamısınız, qaytarın. Pulumu almısız, geri verin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA