Sabiq nazir danızdı; Əli Nağıyev də "Ziyalılar forumu"nu "top"a tutdu: "Yaxzı olardı ki..."

img

01-05-2013 [04:05]


?Ziyalılar Forumu?nun məqsədi heç də özlərinin söylədiyi kimi, ölkənin inkişafına nail olmaq yox, öz siyasi maraqlarını həyata keçirməkdir?. Mia.az xəbər verir ki, bu sözləri Editor.az-a açıqlamasında YAP-ın qurucularından olan, keçmiş nazir və səfir, professor Əli Nağıyev söyləyib. Sabiq nazir bildirib ki, vaxtaşırı olaraq problemləri qabardan ?Ziyalılar Forumu? təsisçilərinin Azərbaycanda aparılan uğurlu islahatlara kölgə salmaq cəhdləri onların konkret siyasi maraqları olduğunu ortaya qoyur: ?Onlar nə iş görüblər ki, indi də gəlib ölkə ziyalıları adından çıxış edirlər. Dünyanın hər yerində, ən inkişaf etmiş ölkələrində belə problemlər var. Əlbəttə, Azərbaycanda da xırda problemlərin olması təbiidir və bundan siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir. Yaxşı olardı ki, forumda təmsil olunanlar ?qarışqadan fil düzəltmək? əvəzinə ölkənin inkişafı haqqında danışaydılar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA