isa Qəmbərin oğlu ilə AXCP fəalına 10 sutka həbs verildi - Yenilənib

img

30-04-2013 [04:31]


AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı saxlanılıb. O, bu barədə facebook hesabında yazıb. Əbülfəz Qurbanlı bildirib ki, ADNA-dakı terror qurbanlarını anmaq üçün ora gediblər. Bu zaman polis onu saxlayaraq 22-ci polis bölməsinə aparıb. Əbülfəz Qurbanlı ora getmələrinin səbəbini də yazıb. Bizim məqsədimiz sadəcə həmyaşıdlarımızı anmaq idi. NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Turqut Qəmbər saxlanılıb. ?Qafqazinfo?nun məlumatına görə, bu barədə hərəkatın rəsmi facebook səhifəsində xəbər verilib. Məlumata görə o, hazırda 22-ci polis bölməsinə aparılıb. *** Nida? Vətəndaş hərəkatın idarə heyətinin üzvü Turqut Qəmbər Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətində azadlıqdan məhrum edilib. Eyni zamanda AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Azad Gənclik Təşkilatı üzvü İlkin Rüstəmzadəyə də 10 sutka həbs cəzası verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA