Azərbaycanda millət vəkilinin pulu oğurlanıb

img

30-04-2013 [02:58]


Milli Məclisin (MM) deputatı Çingiz Qənizadənin pulu oğurlanıb. Femida.az-ın xəbərinə görə, bu barədə o özü MM-in bugünkü iclasında məlumat verib. O, MM-də Cinayət Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik edilərkən çıxış edərkən bu barədə danışıb. Deputat xaricdə olarkən hesabından 100 və 150 manat (ümumilikdə 250 manat) pul çıxarıldığını söyləyib: ?Mənə bu barədə SMS gələndə xəbər tutdum. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin adamı tapsalar da, bu barədə qanunvericilikdə boşluq olduğundan, bu məsələni araşdırmaq, həmin şəxsi məsuliyyətə cəlb etmək prokurorluq orqanları üşün xeyli çətin oldu. Bugünkü dəyişikliklə həmin boşluq aradan qaldırılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA