Rəsul Quliyev: ?Seçkilərdə iztirak etmək niyyətim yoxdur?

img

30-04-2013 [10:36]


Azərbaycanın eks-spikeri, uzun illərdir Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev ölkəmizdə keçiriləcək prezident seçkilərinə doğru siyasi proseslərin gərginləşdiyi məqamda növbəti dəfə müxalif düşərgəni kəskin tənqid edib. Hələ də seçkilərdə iştirak edib-etməyəcəyi sual altında olan R.Quliyev Modern.az-a açıqlamasında müxalifətin ən güclü namizədləri hesab edirlən Müsavat başqanı İsa Qəmbər və ?EL? hərəkatının lideri Eldar Namazovun nəinki prezident seçkilərində, hətta partiyadaxili seçkilərdə belə, qalib gələ bilməyəcəklərini deyib. ?Siz hansı seçkidən danışırsınız? Müsavat Partiyasının və ?EL? hərəkatının başqanlığı uğrundakı seçkilərdən, onların hər ikisi o seçkilərdə güclüdür. Amma mənim sadəcə olaraq həmin seçkilərdə iştirak etmək niyyətim yoxdur. Əgər prezident seçkilərindən söhbət gedirsə, bu yazdıqlarınızı bir yumor və ya anektod kimi də qəbul etmək olar. Nəinki Azərbaycanda, hətta öz partiyalarında həqiqi demokratik seçkilər keçirilsə, orada da onların qalib gəlməsi şübhə altındadır?-deyə eks-spiker bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA