ADP hakimiyyəti həbslərə, zantaja, təhdidə yol açan əsassız ittihamlardan geri durmağa çağırıb

img

29-04-2013 [04:47]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyai proseslər əsas müzakirə obyekti olub. Tolantı iştirakçıları ilk növbədə ABŞ Konqresində Güney Azərbaycan mövzusunun yenidən gündəmə gətirilməsi, konqresmenlərin İranda güneyli soydaşlarımızın haqlarının pozulması, ana dilində radiostansiya açılması və vətəndaşların siyasi cəhətdən maariflənməsinin zərurətə çevrilməsi ilə bağlı məsələlərin qaldırımasını alqışlayıb və bu tarixi fürsətdən yararlanaraq Azərbaycanın bütövləşməsi istiqamətində milli səy göstərilməsinin vacibliyini diqqətə çatdırıb. İdarə Heyəti bolşevik Rusiyası tərəfindən istiqlalımıza edilən qəsdin başlanğıc günü kimi yaddaşlarda qalan 28 Aprel işğalının üstündən sükutla keçilməsindən, bu işğaldan sonra millətimizin daha böyük mənəvi və maddi sarsıntılara düçar olmasının, on minlərlə insanımızın erməni genosidinə məruz qalmasının, böyük ziyalı kütləsinin repressiya maşınında boğulmasının əsl səbəbkarının Rusiya imperiyası olmasını xalqımıza düzgün çatdırılmamasından dərin təəssüf keçirdiyini ifadə edib və hakimiyyəti bu ağır itkilərə görə Rusiyadan kompensasiya ödəməyə və xalqımızdan üzr istəməyə çağırıb. İdarə Heyəti Ziyalılar Forumunun gündəmə gətirdiyi Milli Şura məsələsinə münasibət bildirib və yalnız bu şura yaradılandan sonra əsas mövqe sərgiləyəcəyini diqqətə çatdırıb. İdarə Heyəti xarici siyasət idarəsinin başçısı E.Məmmədyarovun İsrailə və bu səfər gedişində Fələstinə səfərinin milli maraqlar baxımından təqdir edib və bu cür beynəlxalq səylərin istər Fələstinin müstəqilliyinin tanınmasıında, istərsə də Dağlıq Qarabağ probleminin həllində böyük töhfə olacağına ümidvar olduğunu bildirib. İdarə Heyəti ağır sosial şərtlərdən və maraqlı qüvvələrin təhrikindən qaynaqlanan İsmayıllı hadisələrinə, bu hadisədə adı keçən müxalif qüvvələrə, eyni zamanda rayon sakinlərinə qarşı irəli sürülən yeni ağır ittihamlara münasibət bildirib və hakimiyyəti bu qondarma ittihamlardan əl çəkməyə, vətəndaşların sosial haqlarına diqqətlə yanaşmağa, ölkədə vətəndaş həmrəyliyinə stimul verən islahatlar keçirməyə və həbs edilən insanları dərhal azadlığı buraxmağa çağırıb. İdarə heyəti ləzgi separatist qüvvələrin Avropada Azərbaycan əleyhinə ardıcıl kampaniya aparmasından, guya onların və digər azlıqların Azərbaycanda etnik mənsubiyyətlərinə görə diskriminasiyaya məruz qalmasını təbliğ etməsindən narahat olduğunu bildirib və bu iddiaların reallığa uyğun olmadığını, ölkəmizdə etnik ayrıseçkiliyə yol verilmədiyini diqqətə çatdırıb. Eyni zamanda partiya yetkililəri ölkəmizdə insan haqları və demokratiya ilə bağlı problemlərin yaşandığını, siyasi məhbus, sərbəst toplaşma, söz, mətbuat azadlığının məhdudlaşdırılması faktlarının hökm sürməsini qeyd edib və hakimiyyəti fundamental insan haqlarına hörmətlə yanaşmağa, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. İdarə Heyəti Milli Elmlər Akademiyasının yeni prezidentinin mətbatdakı son çıxışlarına, onun hər bir elm adamını növbəti seçkilərdə İ.Əliyevə səs verməyə çağırmasına, seckili orqanlarda ölkə prrzidentinin rəyinə üstünlük verilməsi barədə səsləndirdiyi bəyanata münasibət bildiri və demokratik tələblərin pozulmasına yönəlik bu cür çıxışların yolverilməz olduğunu, bu neqativ yanaşmanın seçkili orqanların demokratiyanın genişlənməsində əsas meyar olması barədə oturuşmuş düşüncəyə zidd olduğunu diqqətə çatdırıb. İdarə Heyəti son vaxtlar hakimiyyətin müxalif düşərgəyə və azad mətbuat nümayəndələrinə qarşı başlatdığı qara piar kampaniyasından, tanınmış müxalifət liderlərini aşağılayan materiallar yaymasından ciddi narahat olduğunu, seçki öncəsi başladılan bu kampaniyanın sabitliyə, qarşılıqlı anlaşmaya, dialoqa deyil, qarşıdurmaya, zorakılığa və siyasi sabitliyin pozulmasına xidmət etdiyini diqqətə çatdırıb, hakimiyyəti həbslərə, şantaja, təhdidə yol açan əsassız ittihamlardan geri durmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA