Xuraman Şuzalı qiymətini endirdi

img

29-04-2013 [12:23]


Şou-biznesdən tamamilə uzaqlaşdığını deyən Xuraman Şuşalı sənətini milli adətlərimizdən olan ?Xınayaxdı? məclislərinin təşkilinə yönəldib. Müğənni ANS PRESS-ə müsahibəsində, biznesinin qiymətlərini ictimaiyyətin bütün təbəqəsinin büdcəsinə uyğun təşkilı etdiyini açıqlayıb: ?Bildiyiniz kimi bir neçə müddətdir ki, şou biznesdən uzaqlaşmışam. Vaxtımı ailəmə övladlarıma sərf edirəm. Məncə ən xeyirlisi də elə budur. Şou biznesdən uzaqlaşmağıma baxmayaraq yenədə sənətimi davam etdirirəm, yəni yüksək səviyyədə xınayaxdı - qadın məclisləri təşkil edirəm. Qadınlardan ibarət yaradıcı kollektivim var (ansambl,fotoqraf, operatorlar, rejissor, dizayner, hətta qadın ofisantlar və s.). Qiymətlər də əvvəlki kimi yüksək deyil. Əvvəllər yarım saatı 1500?2000 manata, bütöv məclisi 5000 - 6000 manata idarə edirdimsə, hazırda bu qiymətlər tamam fərqlidir. Məclisi əvvəldən axıradək 1500?2000 manata aparıram. Düsündüm ki, 5000?6000 manata yalnız cəmiyyətin zəngin təbəqəsinin gücü çatır. Maddi baxımdan zəif insanlar isə həmişə bu qiyməti ödəmək imkanına malik deyil. Mən də bu vəziyyəti nəzərə alaraq qiymətləri kifayət qədər endirdim. Qoy hamının məclisləri arzuladığı səviyyədə keçsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib