Partiya sədri Azər Tağıyevə yenə uduzdu; Əvəz Temirxanın vəkillik arzusuna ?yox? deyildi

img

27-04-2013 [02:14]


ALP sədri Əvəz Temirxanın Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmaq üçün apardığı mübarizə fiaskoya uğradı. Bu barədə mia.az-a daxil olan məlumata görə, ötən il Vəkillər Kollegiyasının (VK) üzvü olmaq üçün test imtahanından uğurlu nəticə göstərən Əvəz Temirxan ikinci mərhələdə, yəni müsahibədə kollegiyanın sədri Azər Tağıyevin sınağından ?üzüqara? çıxmasından şikayət etsə də, onun hüquqi müstəvidə şikayətləri də nəticəsiz qalıb: ?ALP sədri Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin onu kollegiya üzvlüyünə qəbul etməkdən imtina etməsindən şikayət eləsə də, nə Nəsimi Rayon Məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsi onun iddia ərizəsində göstərdiyi VK üzvlüyünə qəbul olunması ilə bağlı tələbini təmin etməyib? Məlumata görə, Əvəz Temirxanın Nəsimi rayon Məhkəməsinin qətnaməsindən verdiyi şikayətə aprelin 24-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə baxılıb: ?Hakim İlqar Dəmirov şikayət üzrə aprelin 24-nə iclas keçirib və Nəsimi Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, Əvəz Temirxanın vəkil olmaq arzusunu gözündə qoyub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA