?Borçalı? cəmiyyətində qarzıdurma yarandı; Zəlimxan Məmmədlinin istefasi tələb olunur

img

27-04-2013 [12:50]


Əslən Borçalıdan olan bir qrup gənc ?Borçalı? Cəmiyyətinin təsisçilərindən olan Eyvaz Borçalı ilə görüşmək niyyətindədir. Onlar sözügedən cəmiyyətin fəaliyyətsizliyindən, onun sədri Zəlimxan Məmmədlinin prinsipial məsələlərə, xüsusilə Gürcüstanda yaşayan soydaşlarımızın miqrasiya problemlərinə mövqesizlik nümayiş etdirməsindən narazıdırlar. Xəbərə görə, narazılar Eyvaz Borçalıdan Zəlimxan Məmmdlinin istefasını və yeni konfransın keçirilməsi üçün dəstək istəyəcək. Məlumata görə, artıq bununla bağlı təşəbbüs qrupu yaranıb və bu qrupa Nizami Məmmədov rəhbərlik edir. Nizami Məmmədovu taparaq ?Borçalı? Cəmiyyətində nələrin baş verməsi ilə maraqlandıq. Təşəbbüs qrupunun rəhbəri söylədi ki, şəxsən onun özü ?Borçalı? Cəmiyyətinin bərpasında aktiv iştirak edib, İdarə Heyətində təmsil olunub. Sonradan Zəlimxan Məmmədli onlardan gizli konfrans keçirib: ?Bu konfrans zamanı sədr özünə yaxın şəxslərdən ibarət yeni İdarə Heyəti formalaşdırıb. Əlbəttə, bu heç bir etik və ya ictimai qaydaya sığmır. Zəlimxan Məmmədlinin bu addımından sonra biz faktiki olaraq onunla təmasda olmadıq və onun keçirdiyi tədbirlərin heç birində iştirak etmədik. Zatən Zəlimxan Məmmədli ?Elat günləri? adlı tədbirdən savayı başqa bir tədbir keçirməyib. Biz isə fərdi şəkildə olsa da, Borçalıda yaşayan soydaşlarımızın problemləri ilə bağlı keçirilən tədbirlərdə aktiv iştirak etmişik?. Nizami Məmmədov daha sonra deyib ki, əslində burada söhbət bir qrup gəncin narazı olmasından getmir: ?Narazılar arasında bütün yaş təbəqələrindən olan soydaşlarımız var. Bu da normaldır. Çünki son aylar miqrasiya ilə bağlı problem yarandı və bu məsələ hətta Milli Məclis səviyyəsində müzakirə edildi. Soydaşlarımız bura gəlməkdə və ya buradan Gürcüstana getməkdə əziyyət çəkir. Ancaq Zəlimxan Məmmədli nədənsə bu problemlərlə bağlı danışmadı, sədri olduğu təşkilat isə susdu. Hərçənd ?Borçalı? Cəmiyyətinin nizamnaməsində açıq qeyd edilir ki, əsas məqsəd Gürcüstanda yaşayan soydaşlarımızın hüquqlarını qorumaqdır. Amma Zəlimxan Məmmədli nizamnamədən irəli gələn bu fəaliyyəti göstərmir. Əksinə, sanki bu problemlərə göz yumulur. Məhz bu səbəbdən də çox sayda insanlar bizə müraciət ediblər. Onların arasında ?Borçalı? Cəmiyyətinə üzv olanlar və olmayanlar var. Ümumilikdə narazıların sayı 50-nəfərdən artıqdır və bu artan xətt üzrə davam edəcək. Onu da qeyd edim ki, təşəbbüs qrupu yaradılıb. Biz bu problemlərlə bağlı Eyvaz Borçalı ilə görüşməyi planlaşdırırıq. Yəqin ki, yaxın zamanlarda görüşüb problemləri müzakirə edəcəyik?. N.Məmmədov deyib ki, narazılar Zəlimxan Məmmədlinin istefasını tələb edirlər: ?Belə bir tələb var. Biz onun özü ilə də görüşmək istədik. Ancaq o, R. Behbudov adına Mahnı Teatrının binasında keçirdiyi konfransdan sonra verdiyi vədlərə əməl etmədi. Daha çox nəzərdə tutulmayan işlərlə məşğul oldu. Ondan hər kəs narazı qalıb. Böyük çoxluq hesab edir ki, Zəlimxan Məmmədli istefaya getməlidir. Onun yerinə isə daha layiqli və bu işlərlə məşğul olacaq şəxs seçilməlidir?. ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib ki, belə bir informasiyanı ilk dəfədir eşidir: ?Təşkilat daxilində normal mühit var, hər kəs işləyir, fəaliyyət göstərir. Bizim konkret strukturlarımız, üzvlərimiz və onların məsuliyyəti var. Əmin-amanlıq hökm sürür. Cəmiyyətin üzvləri konfrans, qurultay çağıra bilərlər. Amma dediyiniz məlumatı indi eşidirəm. Boş şeydir?. Zəlimxan Məmmədli daha sonra deyib ki, cəmiyyət Borçalıda yaşayan soydaşlarımızla bağlı fəaliyyətini davam etdirir: ?Bizim fəaliyyətimiz şəffafdır. Gündəlik fəaliyyətimizlə bağlı internet saytımızda məlumat veririk. Biz hər zaman Borçalının sosial problemlərinin siyasiləşdirilməsinin əleyhinə olmuşuq. Təbii ki, bununla razılaşmayanlar olur. Biz siyasi çalarlı məsələləri də qaldırırıq. Bu daha çox toponimlərlə bağlıdır. Bu önəmli məsələdir və öz həllini tapmalıdır. Eləcə də, soydaşlarımızın hüquqi biliklərinin az olmasından istifadə edən ayrı-ayrı qruplar və şəxslər onları aldadaraq pay torpaqlarını başqalarına satıblar. Bu məsələ də həllini gözləyir.Təhsillə bağlı Azərbaycan və Gürcüstan Təhsil Nazirlikləri qarşısında məsələ qaldırmışıq, layihələrimizi təqdim etmişik. Biz Borçalı problemini Azərbaycan ictimai rəyinə təqdim etmişik, hazırda Türkiyənin ciddi qurumları ilə əlaqələrimiz var. Borçalı probleminin Avropaya daşınması ilə məşğuluq. Bu da kimlərinsə xoşuna gəlməyə bilər. Amma biz öz gücümüzə işləyirik?. (teleqraf.com)#351; t#601;n bu f#601;l#246;n

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA