Siyavuz Novruzov: ?Məni heç kim sədaqətsizlikdə suçlaya bilməz. Sədaqət nədir?...?

img

27-04-2013 [11:49]


?Məni heç kim sədaqətsizlikdə suçlaya bilməz. Sədaqət nədir? Partiya bütün üzvlərinə sədaqətlidir. Kimin hansı partiyanın üzvü olması və hansı cinayəti törətməsindən asılı olmayaraq, qanun qarşısında cavabdehdir?. Bu sözləri ?Yeni Müsavat?a açıqlamasında YAP sədrinin icra katibinin müavini Siyavuş Novruzov sabiq millət vəkili Gülər Əhmədovanın müsahibəsinə münasibət bildirərkən deyib. Novruzov qeyd edib ki, söhbət YAP-dan və başqa məsələlərdən getmir: ?Söhbət əməldən gedir. Bu əməl də hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırıb hüquqi qiymətini hüquq-mühafizə orqanları verməlidir. Kimin hansı partiyanın üzvü, hansı peşə sahibi olmasından asılı olmayaraq qanun qarşısında bərabərdir. Qanun pozulubsa, onun bərpası üçün işlər gedir. Bununla əlaqədar da hüquq-mühafizə orqanları istintaq aparır. İstintaq dövründə müsahibə verilməsi, bu istiqamətdə fikirlər bildirilməsini doğru hesab etmirəm. Bu, bu və ya digər şəkildə istintaqın aparılmasına və yönləndirilməsinə təsir göstərə bilər?. G.Əhmədovanın YAP-a sadiq olması ilə bağlı dediklərinə isə S.Novruzov birmənalı cavab vermədi: ?Mən buna heç nə demirəm. Bunların hamısı ikinci dərəcəlidir. Birinci məsələ ondan ibarətdir ki, kim hansı cinayət törədibsə, törətdiyi cinayətin məsuliyyətini daşımalıdır?. G.Əhmədovanın YAP sıralarından xaric edildiyini yada salan müsahibimiz sabiq deputatla hansısa formada görüşün də mümkün olmadığını dedi: ?Bu saat istintaq gedir. İstintaq altında olan şəxslə görüşmək, bu işlə bağlı münasibət bildirmək istintaqın gedişinə təsir göstərə bilər?. Xatırladaq ki, Gülər Əhmədova müsahibəsində keçmiş partiyadaşlarının ünvanına da müəyyən sitəmlər edib. Sabiq deputat deyib ki, ?mənim əqidəm Heydər Əliyevçilikdir. Partiyadaşlarımın bəzilərinin videolar yayılan dövrdə mənə münasibətindən çox mütəəssir oldum. Açığı, onların məni daha yaxşı tanıdığını düşünürdüm. Çünki YAP üzvü kimi hər zaman bu partiyanın bütün tapşırıqlarını can-başla yerinə yetirmişəm. Nə olar... vaxt gələr, hər şey aydın olar. O zaman yenə də bu məsələyə qayıtmadan görüşərik?(qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA