Füzulidə xanəndəlik ixtisası üzrə müsabiqə keçirilib

img

26-04-2013 [12:33]


Horadiz şəhərində ümummilli lider heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir çərçivəsində Füzuli rayon mədəniyyət və turizm şöbəsi uşaq musiqi və incəsənət məktəblərində xanəndəlik ixtisası üzrə müsabiqə keçirilib. Müsabiqədə 40-dək şagird iştirak edib. Füzuli rayon mədəniyyət və turizm şöbəsinin müdiri Elman Məmmədov ümummilli lider Heydər Əliyevin mədəniyyətə olan diqqət və qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, dahi rəhbərin mədəniyyətimizin inkişafı sahəsində həyata keçirdiyi tədbirlər bu gün Füzuli rayonunda uğurla davam etdirilir. Son illər Füzuli rayonunda musiqi məktəbləri təmir və əsaslı bərpa olunmuşdur. Elman Məmmədov bildirmişdir ki, bu müsabiqənin keçirilməsi uşaq musiqi məktəblərinin ?Heydər Əliyev ili?nə töhfəsidir. Müsabiqədə 40-a yaxın ifa dinlənilmişdir. Müsabiqənin proqramına əsasən ifaçılar tərəfindən muğam, ritmik muğam, xalq mahnısı və bəstəkar mahnısı təqdim olunub. Qaliblər diplomlarla təltif olunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib