Gülər Əhmədova özünə 4 vəkil tutdu

img

26-04-2013 [12:23]


Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədovanın hüquqlarının müdafiəsinə yeni vəkil qoşulub. ?Media forum? saytının məlumatına görə, sabiq deputatın ailəsi vəkil Oqtay Gərəkməzli ilə müqavilə imzalayıb. Sabiq deputatın hüquqlarını vəkillər Raqif Mustafayev, Eldar Qədimi, Əfsər Talıbov da müdafiə edir. Gülər Əhmədova 2000-2012-ci illərdə parlamentin deputatı olub. Fevralın 13-də Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA