Lalə Şövkət Rüstəm ibrahimbəyova zərt qoydu

img

26-04-2013 [12:18]


?Biz Milli Şuranın təsis edilməsində iştirak edəriksə qoşula bilərik? Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bildirib. Ə.Temirxan Kinodramaturq Rüstəm İbrahimbəyovun Milli Şuraya qoşulmaqla bağlı ALP lideri Lalə Şövkətə ünvanladığı təklifə cavab verib. Lalə Şövkət adından çıxış edən ALP sədri Milli Şuraya qoşulmaq üçün bəzi şərtlər irəli sürüb: ?Azərbaycan müxalifətinin geniş sektorda birləşməsinə yönələn təşəbbüslərin Liberal Partiya olaraq bərabər hüquqlu təmsilçi və təsisçisi olmağa hazırıq. Hesab edirik ki, hər hansı hərəkat, birlik yaranarsa onu mətbuatsız müzakirə etmək lazımdır. Danışıqlar mətbuatsız getməlidir. ?Gəlin bizə qoşulun? effektli variant deyil. Demək lazımdır ki, ?gəlin birgə yaradaq, təsis edək, mübarizə aparaq??. Belə olan təqdirdə Milli Şuraya qoşulmaq olar?. Qeyd edək ki, ?El? hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev saytımıza açıqlamasında Lalə Şövkəti Milli Şurada görmək istədiklərini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA