MMP-nin Seçki Qərargahlarının yaradılmasna qərar verildi

img

24-04-2013 [01:45]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında İdrə Heyətinin növbəti iclası keçirilib. Partiyanın prezidentliyə namizədi Hafiz Hacıyevin Prezident seçkisində onun vəkili olacağı nəzərdə tutulan və seçki ərafəsində təbliğat-təşviqat işinə cəlb olunmuş partiya üzvlərinin iştirakı ilə seçki qərqrgahının yaradılması məsələsinə baxılıb. Qərara alınmışdır ki,Prezident seçkisi ilə bağlı bütün təşkilatı məsələlər iyun ayında keçirilməsi nəzərdə tutulan Siyasi Şuranın iclasında təsdiq olunsun. İdarə Heyətində həmçinin xarici qüvvələrinAzərbaycanda fəaliyyət göstərən partiyalarla (Musavt ,AXCP)ölkədə seçki ərafəsində pozuculuq və seçkinin baş tutmaması üçün anti-milli hərəkətlərin planlaşdırılmasının geniş müzakirə edilməsi hər iki partiyanın gələcəkdə ala biləcəyi hər hansı qeyri konstitusion hərəkətlərinin qarşısının alınması üçün Muasir Musavat Partiyasının şəhər və rayon təşkilatlarına xüsusi təlimat verilmişdir. Daha sonra son günlər yuxarıda adları olunan partiyaların və yeni yaradılan ?EL ?hərakatının istər daxildə,istərsə də xaricdə antiazərbaycan təbliğatının qarşısını almaq üçün xüsusi təlimatlandırılmış qruplar yaradılması ücün partiya fəallarından və ziyalılarından ibarət qruplar yaradılması haqda qərar vermişdir.Qərarın icrasına nəzarət prezidentliyə namizəd Hafiz Hacıyevə həvalə edilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA