Azadqadin.az saytının rəhbəri hədələnir

img

23-04-2013 [01:10]


#231;ə gün öncə facebook sosial şəbəkəsində Azadqadin.az saytının rəhbəri Aynur Qurbanqızını təhqir etmək məqsədilə fotosu yayınlanmış, təhqiredici sözlərlə yanaşı xanım jurnalistin əlaqə telefonları da şəkilin üzərində yer almışdı. Aynur Qurbanqızının sözlərinə görə, ona qarşı edilən bu hərəkətin qarşısını almaq üçün hüquq mühafizə orqanlarına müraciət edib. Nəticədə xanımın şəkli facebookdan qaldırılsa da, Qurbanqızı hələ də, bu fotoları yayan joy.az saytının rəhbəri Rüfət Vəlizadeh tərəfindən hədələnir. Azadqadin.az-ın başı bəlalı yeni dizaynı Xanım jurnalist bildirdi ki, Rüfət Vəlizadehin çirkin əməlləri bununla bitməyib, o həmçinin Azadqadin.az saytının fəaliyyətinə də ciddi ziyan vurub. Bütün bunların baş verməsinə səbəb isə, A.Qurbanqızının özünü proqramist kimi təqdim edən R.Valizadehə ilkin odenishin, "behin" onda qalması şərti ilə saytının yeni dizaynı yığdırmaqdan vaz keçməsi olub: ?Azadqadın.az 2 ildən artıqdır ki, fəaliyyət göstərir və kifayət qədər böyük oxucu kütləsinə malikdir. Saytın görünüşü və idarəetmə sistemi günün tələblərinə cavab vermədiyi üçün dizaynın dəyişdirilməsinə böyük zərurət yaranmışdı. Qeyd edilənləri yerinə yetirmək məqsədi ilə bu sahə üzrə çalışan Rüfət Vəlizade adlı bir şəxslə danışıqlara başladıq. Ilk növbədə Rüfət Vəlizadə saytın hostinq serverini dəyişdirməli olduğumuzu və özünə məxsus olan hostinq serverindən yerləşdiriləcəyi halda işə təminat verəcəyini bildirdi?- deyən A. Qurbanqızı bildirir ki, daha sonra Rüfət Vəlizadeh qeyd edilən tapşırıqları yerinə yetirə biləcəyini, qarşılığında isə 1200 AZN istəyir. "Oğurluq" iş və 300 manat ?beh? Tərəflər razılığa gəlir və Qurbanqızı ?beh? olaraq, Rüfət Vəlizadəyə 300 manat ödəyir: ?Elə həmin günün səhəri bu sahədə təcrübəli şəxslərdən öyrəndiyim o oldu ki görülən işin qarşılığında tələb edilən məbləğ həddindən artıq çoxdur. Səbəb isə, istifadə edilən cms sistemi DLE-DataLifeEngine - pul ödənilmədən istifadə edilir. Təklif edilən saytın dizaynı isə plagiatdır - yəni başqa bir saytdan götürülür. Nəticədə belə çıxır ki, bu pul yalnız 1 neçə saatlıq, "oğurluq" iş üçün alınır. Təbii ki, işin mahiyyətini öyrəndiyimiz anda əməkdaşlığa son verməli olduğumuzu anlamışdım. Məsələ pulda deyil, işinə ciddi yanaşmayan insanların qarşı tərəfi, bu sahədən kifayət qədər anlamadığı üçün aldatmaq niyyətinin olmasından irəli gəlir. Yalnız, mən yenə də normal əməkdaşlıq şərtlərinə uyğun olaraq, əvvəl beh kimi odədiyim 300 AZN ilkin ödənişi də istəmədim və qarşı tərəflə artıq əməkdaşlıq etmək etmədiyimi bildirdim. Qarşılığında isə, ilk öncə qarşı tərəfdən şəxsimə yaraşdırmadığım danışıq və münasibət, nəlayiq sözlər eşitdim. Bütün bunlara baxmayaraq əlavə problemlər yaranmasın deyə susdum?. Facebookda ?iyrənc qisas? Aralarında yaranan mübahisədən sonra Rüfət Vəlizadə ilk öncə saytın əvvəlki saxlanıldığı hostinq serverinə girərək, bütün informasiyanı silir. Səbri ?daşan? Aynur Qurbanqızı ona edilən bu hərəkətin müqabilində Rüfət Vəlizadəyə xəbərdarlıq etmək məqsədilə 18 min üzvü olan rəsmi facebook səhifəsində baş verənləri yazır. R.Vəlizadə isə bundan dərs almaq əvəzinə daha iyrənc bir addım atır. Xanım jurnalistin şəklini, üzərində əxlasız sözlər və nömrəsini yazaraq özünə məxsus facebook səhifələrdə və joy.az saytında yayımlayır. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra şəkil silinir. Az. domenlərini satan NT şirkətinin işində olan nöqsanlar? A. Qurbanqızı deyir ki, hal-hazırda Rüfət Vəlizadə çirkin əməllərinə davam edərək, azadqadin.az domen adını, qeyri-qanuni olaraq, ona göstərilmiş etibardan sui-istifadə edərək fəaliyyət göstərdiyi serverdən ayıraraq təkrar öz istifadəsində olan serverə yönləndirmişdir. Daha sonra domen adı tam olaraq istifadəsinə keçdiyi üçün, azadqadin.az yazaraq sayta daxil olmaq istəyən minlərlə ziyarətçini ya qarşı tərəfə məxsus olan joy.az saytına yonləndirilir, yaxud, daha əvvəl qeyd etdiyimiz təhqir və böhtanlar qeyd edilmiş şəklil görünür. Qeyd etməliyik ki, Azərbaycanın informasiya texnologiyaları sektorunun rəmzi sayılacaq mühüm bir faktorun .az domenlərinin qeydiyyatını həyata keçirən NT şirkətinin işində olan nöqsanlar da bu məsələdə öz rolunu oynamışdır. Qarşı tərəf sadecə bir qeydiyyat blankı ilə rəsmi sənədlərlə başqasına məxsus olan domen adından istədiyi formada istifadə edir. Dünyanın informasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlara nəzər saldıqda, milli domen adlarını qeydiyyatdan keçirən şirkətin domen adlarından istifadə üçün idarəetmə sistemi təqdim etməməsi, şənbə-bazar, bayram gunləri fəaliyyət göstərməməsi təəssüf doğurur. Bütün qeyd edilənlərin nəticəsində minlərlə insan mənəvi zərbə alır. ?Pulum və vəzifədə adamlarım var, sənin başına oyun açacam? Aynur Qurbanqızı hüquq mühafizə orqanlarına müraciət edərək bildirir ki, bir sayt rəhbəri kimi uzun illərdir böyük əziyyətlə əldə etdiyim uğurlardan məhrum olmaq dərəcəsinə çatıb: ?Qarşı tərəf bütün deyilənləri qəbul etmir, əksinə bildirir ki, nə yolla olursa, olsun öz haqsızlığına qələbə qazandıracaq. O, ?pulum və vəzifədə adamlarım var, sənin başına oyun açacam, mənə heçnə edə bilməzsən? deyib məni təhdid edir. Demokratik Respublikanın sıravi vətəndaşından bu sözləri eşitmək, hər zaman insan haqları və hüququn, qanunun ali olduğunu düşünən biri kimi məni çox məyus etdi. ?Sübut edəcəm ki, hər bir qadın qanunların dəstəyi ilə öz hüquqlarını müdafiə edə bilər? Özüm qadınların hüquqlarını müdafiə etdiyim halda, bu duruma düşməyimi və təhqir edilməyimə göz yummağı əsla qəbul edə bilmərəm. Qarşı tərəf bütün məqamları dansa da, qeyd edilən hər bir faktın sübuta yetirilməsi üçün subutlarım var. Və mən sonuna qədər haqqımı müdafiə etməklə göstərəcəm ki, hər bir qadın qanunların da dəstəyi ilə öz hüquqlarını müdafiə edə bilər və kimsəyə də icazə verilmir ki, qarşı tərəfi iyrənc üsullarla şantaj etsin! Sonda A. Qurbanqızı bu müddət ərzində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün məsələnin dərindən araşdırılmasını, günahkarların layiqli cəzalarını almasını hüquq ?mühafizə orqanlarından xahiş etdi. İRADƏ CƏLİL

Digər xəbərlər
SON XƏBƏRLƏR