Zəngilanlılar Xocalı faciəsini andı

img

25-02-2013 [05:22]


Zəngilan rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 28 saylı orta məktəbdə Xocalı faciəsinin 21-ci ildönünə həsr olunmuş anım mərasimi keçirilib. Rayon ziyalılarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirib ki, Xocalı faciəsi Azərbaycanın müasir tarixində yaşanmış ən dəhşətli faciədir və bunu unutmaq mümkün deyil: ?Hər birimiz bu faciəni ürəyimizdə yaşamalı və yaşatmalıyıq. Əks halda, bu faciəni uzaq nəsillərə çatdıra bilməyəcəyik. Xocalı faciəsini unutmamaq, yaşayıb yaşatmaq o vaxta qədər lazımdır ki, bütün dünya bu dəhşətli soyqırımı aktına hüquqi və siyasi qiymət versin. Ədalət bərpa olunmalıdır. Xocalıda baş verənlər hüquqi və siyasi qiymətini almalıdır. Bəşəriyyət bilməlidir ki, ermənilər azərbaycanlılara qarşı tarix boyu bu cür vəhşiliklər edib, terror və soyqırımı aktları törədiblər?. Ramiz Həsənov onu da deyib ki, bu soyqırımı aktını dünyaya çatdırmaq və tanıtmaq üçün bunu ilk növbədə özümüz dərk edib yaşatmalıyıq: ?Azərbaycan Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının dünyada tanınması üçün çox uğurlu siyasət aparır. Bu gün reallıq göz qabağındadır. Amma bu işi hər birimiz görməliyik. Qoy haqq-ədalətdən danışan dünya dövlətləri Ermənistanı müdafiə etmək əvəzinə, Azərbaycanın başına gətirilən faciələri görsün və qiymət versin?. Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş ?Xoca? filmi nümayiş etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR