KiVDF jurnalistlər üçün yeni müsabiqə elan edib

img

14-02-2013 [11:10]


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalist yazılarının yeni fərdi müsabiqəsini elan edib. Müsabiqədə 10 istiqamət üzrə 30 mövzu təqdim edilib. 1. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi 1) Qloballaşma və milli mətbuat 2) Azərbaycanda mətbuat azadlığı və jurnalistlərin peşə davranışı normaları 3) Jurnalistlərin informasiya əldə etmək hüququ qanunla qorunur 2.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 1) Dünya Xocalı soyqrımına biganə deyil 2) Dağlıq Qarabağ münaqişəsi və erməni terroru 3) Xocalı faciəsi azərbaycanlılara qarşı soyqrımın davamı kimi. 3.Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi 1) İnkişafın Azərbaycan modeli dünyada nümunə kimi qəbul edilir 2) Azərbaycan regionları tərəqqi yolundadır 3) Qeyri-neft sektorunun inkişafında regionların xüsusi çəkisi artır 4.Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği 1) Novruz - yeni il, yeni arzular bayramıdır 2) Yurdumuza bahar gəlir 3) Milli-mənəvi irsimizin qorunması və tanıdılması hər birimizin borcudur 5. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı 1) Azərbaycanda gənclər siyasəti: mahiyyəti və inkişaf istiqamətləri 2) Azərbaycanda idman hərəkatı yeni mərhələdə 3) Dövlət qayğısı gənclərin bilik və bacarıqlarının reallaşmasına əlverişli zəmin yaradır 6.İctimai və dövlət maraqlarının qorunması 1) Milli dövlətçilik maraqlarının qorunmasında vətəndaş təəssübkeşliyi 2) Azərbaycan 2020: Gələcəyə baxış konsepsiyası qarşıya yeni məqsədlər qoyur 3) İctimai maraqların təmini cəmiyyətdə milli birliyi gücləndirən əsas amil kimi 7.Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi 1) Azərbaycan regionda transmilli layihələrin əsas təşəbbüskarı və fəal iştirakçısıdır 2) Azərbaycan regionun və dünyanın enerji təminatında xüsusi rolu olan dövlətə çevrilir 3) Azərbaycan: bölgədə sabitlik, təhlükəsizlik, inkişaf məkanı 8.Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi 1) Azərbaycan diasporası - Vətənin xaricdə layiqli təmsilçiləri 2) Milli həmrəylik cəmiyyətin ictimai tələbi kimi 3) Xaricdə yaşayan azərbaycanlıların diaspora fəaliyyəti sivilizasiyalararası dialoqa mühüm töhfələr verir 9.İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi 1) 2013-cü il informasiya və kommunikasiya ilidir 2) Azərbaycan regionun ilk kosmik sənaye ölkəsidir 3) İstehsalatda və xidmət sektorunda innovativ texnologiyanın tətbiqi prioritetdir 10.Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi 1) Azərbaycan müxtəlif dini konfessiyaların tolerantlıq şəraitində yaşadığı məkandır 2) Çoxmillətlilik Azərbaycanın mədəni genefondunun inkişafına böyük töhfələr verir 3) Dini dözümlülüyün Azərbaycan nümunəsi beynəlxalq diqqət mərkəzində Yazıların qəbulu 08 fevral 2013-cü il tarixində başlayır, 11 mart 2013-cü il tarixdə başa çatır Hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 10 həvəsləndirici mükafat müəyyən edilib. 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub. Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunub. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. İstiqamətlər üzrə 30 (nəfər) qalib hər biri 1000 (min) manat, 10 yazı müəllifinə isə 300 (üç yüz) manat məbləğində həvəsləndirici mükafatlar veriləcək, onlar Fondun xüsusi diplom və təşəkkürnamələri ilə təltif olunacaqlar .

Digər xəbərlər
SON XƏBƏRLƏR