Maliyyə-iqtisad Kollecində dərəbəylikdir

img

25-01-2013 [10:47]


Təhsil sistemində özbaşınalıqlar saya-hesaba gəlmir. Bir problemin ardınca yüzü baş qaldırır. Bir məsələnin mahiyyətinə varmamış, digər bir məsələ özünün çirkin tərəfini göstərir. Bu da ona dəlalət edir ki, təhsilin bərbadlığı oradakı mili xüsusiyyətlərin də ölməsinə zəmin yaradır. Təhsildə milli xysusiyyətlərə zərbə vuranlardan biri də Maliyyə-İqtisad Kollecinin direktoru Həmzə Ziyadovdur. Bu direktor öz ?krişa?-larının adından sui-istifadə etməklə əlindən pis nə gəlirsə, həyata keçirir, rəhbəri olduğu kollecin bir növ, külünü göyə sovurur. Kollecdəki rüşvət və korrupsiya halları, özbaşınalıqlar, maxinasiya, mənimsəmə faktları, dərsdənyayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları, digər inzibati xətalar cəmiyyətin həmin kollecə olan marağını alt-üst edib. Direktor fəaliyyətində özbaşınalıqlara geniş yer ayırmış Həmzə Ziyadov iştahını itiləyib, nəfsi asılılıqda, belə demək mümkünsə, qarın otarır. Həmzə Ziyadovun kollec maxinasiyaları cəmiyyətdə ikrah hissi doğurub. Yaranmış qorxunc və təhlükəli vəziyyət təəssüf ki, onun vecinə deyil. Ona elə gəlir ki, direktoru olduğu kollec onun şəxsi biznesidir və o, nə istəsə onu da edə bilər. Və edir də. Hələ ki, yaranmış korrupsiyalı vəziyyətlər onun xeyrinə işləyir. Hələlik zərər çəkən cəmiyyət və dövlətdir. Maliyyə-İqtisad Kollecində günün əsl özbaşınalıqları yaşanır. Direktor Həmzə Ziyadovun nə dövlətdən, nə Təhsil Nazirliyindən, nə də cəmiyyətdən qorxusu yoxdur. Əks təqdirdə, onun özbaşınalıqları nəfsi balansları ilə uzlaşma yarada bilməzdi. Deməli, cəmiyyətin ikiqat qorxma hissindən yararlanmağı direktor bəy əla bacarır. Ona görədir ki, bu saat o, aid olduğu kollecdə əməlli-başlı at çapır. Atının da tozundan kollecdə qatı duman əmələ gəlir ki, bunun da fəsadları orada təhsil alan tələbələrə dəyir. Bax, beləcə başlayır Həmzə Ziyadovun maxinasiya əməlləri. Bu əməllərin altında hansı məqsədlərin durduğunu isə hələlik direktor bəy yalnız özü bilir(xalqxeber.info).

Digər xəbərlər
SON XƏBƏRLƏR