Tərcüməçi-yazar Qənirə Pazayevaya məktub yazdı; Deputatdan zəkər xəstələrinin probleminə dəstək istənildi

img

23-01-2013 [10:19]


Tərcüməçi-yazar Nadir Qocabəyli (Quliyev) millət vəkili Qənirə Paşayevaya həm özünün, həm də şəkər xəstəliyini daşıyan digər xəstələrin üzləşdiyi problemlə bağlı məktub yazıb. Mia.az xəbər verir ki, yazıçı Qənirə Paşayevanı ən fəal və obyektiv deputat hesab etdiyini bildirərək, tezliklə cavab gözlədiyini də müraciətinə əlavə edib. Nadir Qocabəylinin məktubunu olduğu kimi dərc edirik: Salam, Qənirə xanım! Sizi bugünkü millət vəkilləri arasında ən fəalı və ən obyektivi hesab etdiyim üçün şəkər xəstələrinə yardımçı olmanızı xahış edirəm. Mən şəkər xəstəsiyəm. Hövsandakı 23 saylı poliklinikada qeydiyyatdayam. Oradan ayda 1 qutu "Diabeton" preparatı, ildə isə 1 qutu "streeb" (qan şəkərini ölçmə çöpləri) alıram. Məsələ burasındadır ki, həmin çöp qutusunun üzərinə "açdıqdan sonra 90 gün ərzundə istifadə edin" sözləri yazılıb. İldə isə 365 gün var. Əgər dövlət şəkər xəstələrinə tam yardım edirsə, məntiqlə ildə 1 deyil, 4 qutu çöp verməlidir. Poliklinika rəhbərliyi deyir ki, Səhiyyə Nazirliyinin İnnovasiya İdarəsindən onlara ildə hər xəstəyə görə cəmi 1 qutu verirlər. Amma nazirliyin sözügedən idarəsinə 4-5 ay öncə elektron məktubla müraciət etsəm də, indiyədək heç bir cavab yoxdur. Mən bu məsələnin konkret hansı qanun və ya əsasnamə ilə tənzimləndiyini bilmirəm. Ancaq eşitdiyimə görə, həmin qanun var və bu qanuna görə şəkər xəstələri tam dövlət təminatındadır. Ancaq təəssüf ki, bizə yarımçıq yardım göstərilir: 4 qutu çöp əvəzinə, bir qutu verilir, barmaqdan qan götürmək üçün iynələr, ölçmə aparatının batareyaları isə ümumiyyətə verilmir. Xahiş edirəm, bu məsələyə diqqət yetrəsiniz. Çünki şəkər xəstələrinin əksəriyyətinin, o cümlədən şəxsən mənim, dediyim vasitələri apteklərdən baha qiymətə almaq imkanım yoxdur. Diqqətinizə görə, minnətdaram! P.S. Bu məsələ ilə bir vaxtlar salam-kəlam etdiyim digər deputatlar: Əli Məsimli, Qüdrət Həsənquliyev, Fazil Mustafa, İqbal Ağazadə, bizim dairənin deputatı Sevinc Fətəliyeva və digər deputatlar da maraqlana bilərlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR