icra bazçısı generalı qovdurdu; Rasim Musayev gecəylə vəzifəsindən azad olundu

img

22-01-2013 [10:22]


Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general mayoru Rasim Musayev tutduğu vəzifədən azad edilib. Generalın işdən çıxarılması ilə bağlı DİN rəhbərliyinin qərarı dünən gecə qəbul olunub. Xəbəri İdarənin rəis müavini İlqar Balakişiyev Musavat.com-a təsdiqləyib. Generalın hansı səbəbdən vəzifəsindən azad olunduğu rəsmi açıqlanmasa da, bunun ötən gün icra başçısı Elmar Vəliyevin keçirdiyi iclasla əlaqələndirildiyi də gizlədilmir. İddialara görə, sözügedən iclasda başçı şəhərin bəzi nüfuzlu şəxslərini təhqir etməklə bərabər, həm də onları yuxarı dairələrə şikayət məktubları yazmaqda ittiham edib. Xəbərə görə, başçı polis rəisini əleyhdarlarına gizli dəstək verməkdə təqsirli bildiyindən işdən azad olunması tələbi ilə bağlı təqdimat yazaraq, DİN rəhbərliyindən təcili qərar verilməsini tələb edib(Mia.az). *** Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Rasim Musayevin tutduğu vəzifədən azad edilməsini onun öz xahişi ilə əlaqələndirib: ?Onun müraciətinə baxılıb və Rasim Musayev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. Rasim Musayev Daxili İşlər Nazirliyinin Baş kadrlar İdarəsinin sərəncamına götürülüb?. Lakin mia.az-ı məlumatlandıran Gəncədəki mənbələr polis rəisinin qəfil gedişini icra başçısı Elmar Vəliyev və onun tələbi ilə gerçəkləşdiyini iddia etməkdədirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR