?Zerkalo? Tərtərdə əsgərin zorlandığını iddia, nazirlik isə israrla inkar edir

img

14-01-2013 [11:42]


?Zerkalo? qəzetində Azərbaycandakı hərbi hissələrdən birində zorlama faktı ilə bağlı məlumat dərc olunub. Qəzetin yazdığına görə, hadisə Tərtər rayonunda yerləşən hərbi hissələrin birində qeydə alınıb. Belə ki, qəzetin yazdığına görə, həmin hərbi hissənin komandiri tabeçiliyində olan əsgərlərdən birinə qarşı güc tətbiq edərək onu zorlayıb. Az sonra isə hərbi hissə komandiri cəzalandırılaraq tutduğu vəzifədən azad edilib. Məsələyə münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini Teymur Abdullayev xəbəri təkzib edərək əsgərin zorlanması ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını söyləyib. ?Deyilənlər doğru deyil. Hansısa bir əsgərin zorlanması hadisəsi baş verməyib. Sözügedən hərbi hissənin komandiri isə heç də vəzifəsindən azad edilməyib. Sadəcə olaraq yaşla əlaqədar olaraq istefaya çıxıb?,? deyə, nazirlik rəsmisi bildirib(Gun.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA