Partiya jurnalistlər üçün müsabiqə elan edib

img

07-01-2013 [05:21]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İclasda müzakirə olunan məsələlərdən biri də Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 75 illik yubileyinə hazırlıqla bağlı olub. İdarə Heyəti "Milli Azadlıq Hərəkatı və Əbülfəz Elçibəy" mövzusunda jurnalistlərin fərdi yazı müsabiqəsinin keçirilməsi ilə bağlı da qərar qəbul edib. Müsabiqədə qalib gələn jurnalistlər pul mükafatı və fəxri diplomlar veriləcək. İdarə Heyətinin iclasında son vaxtlar Əbülfəz Elçibəylə bağlı bəzi mətbuat orqanlarında yayımlanan böhtan xarakterli yazılara da münasibət bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA