Jurnalisti döyən barızıq istədi, amma rədd cavabı aldı

img

27-12-2012 [12:13]


?Bizim Yol?un əməkdaşı Vüsal Yusubovun ölümcül döyülməsi ilə bağlı açılan cinayət işinin istintaqı yanvarda bitəcək. Bu barədə Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Canəli Nuriyev qəzetimizə məlumat verib. O deyib ki, Anar İsgəndərovun cinayəti törətdiyi istintaqla sübuta yetirilib. ?Biz faktiki olaraq Anarın bu hadisəni törətdiyini sübuta yetirmişik. Bir-iki sorğumuza cavab gələndən sonra istintaq yekunlaşacaq. Çox güman bayramdan sonra iş məhkəməyə gedəcək?. Müstəntiq əlavə edib ki, A.İsgəndərov zərərçəkənlə barışdığını deyib. ?Anar İsgəndərov dedi ki, biz Vüsalla barışmışıq. Mən də dedim ki, barışığın əleyhinə deyiləm?. Amma Vüsal Yusubov qəzetimizə bildirib ki, Anar İsgəndərovla barışığa getməyib: ?Anar 26 dekabrda redaksiyaya gəlib, mənimlə və baş redaktorla danışmaq istədi. O, bizimlə danışıqda yenə cinayəti etiraf etmədi. Dedi ki, düşmənlərinizi başqa yerdə axtaraq. Anar istintaqın yekunlaşdığını görür və iş yerimə gəlib dilə tutmaqla işin məhkəməyə getməsini əngəlləmək istəyir. Amma mən onu bağışlamıram. Bu işə məhkəmə qiymət verəcək?. V.Yusubov noyabrın 7-ə keçən gecə saat 03.20 radələrində Şərifzadə küçəsi 3 ünvanında (ATV kanalının yaxınlığında) ?Futbol+? mətbəəsindən çıxarkən həyatına qəsd etmək istəyiblər. İdmançı görkəmli və bu geyimli 4 oğlan əməkdaşımızın idarə etdiyi 10 MR 551 nömrəli ?Mercedes? markalı avtomobilin qarşısını kəsib, ona yumruq, təpik zərbələri ilə ağır xəsarət yetiriblər. Əməkdaşımızın ölümcül döyülməsi ilə bağlı Yasamal rayonu 28-ci Polis Bölməsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb(Bizimyolinfo.info).

Digər xəbərlər
SON XƏBƏRLƏR