Heydər Əliyevə həsr olunan kitab-diskin təqdimatı keçirilib

img

11-12-2012 [04:09]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Heydər Əliyevin xatirəsinə həsr olunan ?Günəşə qovuşmaq istəyirəm mən? kitabının elektron disk formatında təqdimatını keçirib. Audiodisk şuranın sifarişilə Mədəni İnkişaf İctimai Birliyi tərəfindən hazırlanıb. Bakı şəhəri Yasamal rayonu 20 saylı orta məktəbdə keçirilən tədbirdə məktəbin direktoru Sabir Məmişov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb və onun xatirəsinin xalqımız tərəfindən daim minnətdarlıqla anıldığını bildirib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun, bütövlükdə qeyri-hökumət təşkilatlarının Heydər Əliyev şəxsiyyətinə hörmət və ehtiramını qeyd edib və ümummilli liderin xatirəsinin əbədiləşdirilməsi yolunda şura ilə Mədəni İnkişaf İctimai Birliyinin sıx əməkdaşlıq etdiyini vurğulayıb. Daha sonra birliyinin sədri Gəray Əlibəyov çıxış edib. O, bildirib ki, təqdim olunan audiodiskdə Azərbaycanın tanınmış 9 şairinin Heydər Əliyev dühasını tərənnüm edən şeirləri toplanıb və onları bədii qiraət ustası, əməkdar artist Azad Şükürov səsləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR