Nazir elektron hökümətin perspektivindən danızdı

img

05-12-2012 [01:49]


?Ölkədə kiçik və orta sahibkarlığın inkişafına, vətəndaşların ictimai fəallığını və məşğulluğunu aktivləşdirən və hökumətin şəffaflığını təmin edən ?Elektron hökumət? layihəsi gələcək inkişaf üçün perspektiv hesab olunan layihələrdəndir?. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Ə.Abbasov bildirib ki, İKT-nin tətbiqinin genişləndirilməsi və e-hökumətin qurulması demokratikləşmə proseslərini sürətləndirir, korrupsiya və bürokratik əngəlləri aradan qaldırır və cəmiyyətdə şəffaflaşma proseslərinə xidmət edir. ?2020-ci il üçün hədəfimiz dövlət xidmətlərinin tamamilə elektronlaşdırılmasını, vətəndaşların elektron xidmətlərə çıxışını 100 faizə çatdırmaq, yəni bütün evlərdə, iş yerlərində yüksəksürətli internetə çıxışı təmin etmək, üçüncü isə elektron xidmətlərdən istifadə edən vətəndaşların xüsusi çəkisini 80 faizə çatdırmaqdır? ? deyə, nazir vurğulayıb. Ə.Abbasovun sözlərinə görə, tətbiq ediləcək e-hökumət modeli sonda cəmiyyətdə şəffaflığın və etibarın təmin olunmasına şərait yaradacaqdır. ?Bu etibar artımı xarici investisiya və sərmayə üçün son dərəcə önəmlidir. İş mühitində yaşanan bu şəffaflaşma və etibar nəticəsində xarici sərmayəçilər ölkəmizə daha rahat gələ biləcək və buradakı yatırımlarını davamlı olaraq artıra biləcəklər?- deyə, o qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR