Xeberlent.az MilliNet-in ilk səkkizliyində

img

03-12-2012 [02:54]


gn=left]2010/internet2.jpg[/libt] Mükafatın Təşkilat Komitəsindən verilən məlumata görə, müsabiqəyə 13 nominasiya üzrə 399 sayt təqdim edilib. Onlardan yalnız 326 sayt müsabiqəyə qəbul olunub və səsvermədə iştirak edib. Azərbaycan İnterbet Forumu (AİF) tərəfindən Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Müsabiqə Komissiyası üzvlərinin hər birisi 1-ci mərhələdə saytların qiymətləndirməsində iştirak edib. Səsvermənin ilk mərhələsinin yekununda 13 nominasiya üzrə ən yaxşılar olan 82 sayt nominant statusu alıb. Səsvermənin ikinci mərhələsi dekabrın 3-də başlayacaq və dekabrın 15-də başa çatacaq. Müsabiqə Komissiyası dekabrın 15-dək nominantlar arasından hər nominasiya üzrə qalib saytları müəyyən edəcəklər. Milli İnternet Mükafatının yekun təqdimat mərasiminin dekabrın 19-da keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür. Müsabiqənin Baş sponsoru Azercell şirkətidir. RİTN, Delta Telecom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR