Azad iskəndərli "907-ci düzəliz"lə bağlı Ölkə ictimaiyyətinə çağırız etdi

img

27-11-2012 [12:15]


Bildiyiniz kimi, 907-ci Düzəliş-1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. İkili standartlara, bu halda ABŞ-nın Ermənistan və Azərbaycana qarşı yürütdüyü siyasətlə tətbiq olunan ikili standartlar misaldır. Maddə 907. Azərbaycana Yardım Göstərilməsinin qadağan edilməsi. (A) QADAĞA--- Prezident Azərbaycan Hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz. (B) QEYD---- Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə,(a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir. Gördüyünüz kimi , Azərbaycana qoyulmuş bu qadağa artıq 20 ildir ki, davam edir və bununla bağlı Azərbaycan İctimaiyyəti amerika Dövlətinə qarşı ciddi bir mövqe nümayiş etdirməmişdir. Məhz elə Qarabağ məsələsinin bu günə qədər həll edilməməsində bu sənədin böyük və mühüm rolu var. Ona görə də dünən Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzinin Şura İclası çağırılmış və adıçəkilən məsələnin müzakirəsi olmuşdur. Mərkəzin sədri Azad İskəndərli toplantıda təkliflə çıxış etmişdir.Təklifdə Azad Bəy RİHEMM tərəfindən Amerika Dövlətinə Azərbaycan İctimaiyyəti tərəfindən müraciətin qəbul edilməsi gərəkliyini söyləmişdir və bu məsələni tez və təxirə salınmaz bir məsələ olduğunu bildirmişdir. Və bununla bağlı RİHEMM-in tez bir zamanda imzatoplama kompaniyasına başlayacağını qeyd etmişdir. Hüquq Müdafiəçisi ölkədə fəaliyyət göstərən, siyasi mövqeyindən və baxışlarından asılı olmayaraq bütün İctimai Birlikləri və Media qurumlarını bu aksiyada yaxından köməklik göstərməyə çağırmışdır. Azad bəy:"Biz bu gün məsələ ilə bağlı milli birlik nümayiş etdirməli və ortaya sərt mövqe qoymalıyıq" deyərək toplantını bağlı elan etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR