Azər Ayxan: ?Biz ona bu ləzzəti yazatmaqdansa 4 min manatı ödəməyə üstünlük veririk?

img

25-11-2012 [06:42]


Noyabrın 22-də ?Azadlıq? qəzeti nəqliyyat naziri Ziya Məmmədovun oğlu, ?ZQAN Holdinq?in rəhbəri Anar Məmmədovun 1 milyon manata ayı kəsdirərək kabab bişirtdirməsi haqda 2010-cu ilin iyulunda dərc etdiyi xəbəri təkzib edib və üzr istəyib. ?ZQAN holdinq?in hüquq departamentinin rəhbəri Ruslan Məmmədov ?Mediaforum? saytına deyib ki, ?Azadlıq?ın təkzib və üzrxahlıqdan razı qalıblar: ?Azadlıq? qəzetinin redaktoru Sücəddin Şərifov çox sağ olsun. Biz oturub söhbət etdik, o, mətnə baxdı, məsələnin mahiyyətini başa düşdü və bizim istədiyimiz təkzibi dərc etdi. Mən ona öz minnətdarlığımı bildirirəm. Biz gələcəkdə ?Azadlıq? qəzeti ilə əməkdaşlıq etməyə hazırıq. Belə bir əməkdaşlıqda problem görmürük. İndi görək ?Yeni Müsavat? qəzetinin mövqeyi necə olacaq..." "Azadlıq" qəzeti ilə əməkdaşlığınız hansı formada ola bilər" sualına vəkil belə cavab verib: ?Biz indiyədək bu qəzetə hər hansı müsahibə verməmişik. Əvvəldən də demişdik ki, belə bir təkzib dərc olunsa, "Azadlıq" qəzetinə müsahibə, özümüz, fəaliyyətimiz haqda məlumat verməyə hazırıq. Təkzib dərc olunandan sonra Anar müəllimin, mənim, şirkətin başqa nümayəndələrinin ?Azadlıq? qəzetinə müsahibə, açıqlama verməyimizdə heç bir maneə görmürük". Vəkil onu da deyib ki, ?Azadlıq?a kəsilən 4 min 200 manat məbləğində cərimə ödənilməsində israr etməyəcəklər: ?Biz bu təkzib və üzrxahlıqla kifayətlənəcəyik. Biz iddiaçı kimi onlara məktub yazaraq qərarın icrasını dayandırmaq və işi yenidən məhkəməyə qaytarmaq istədiyimizi bildirməliyik?. Vəkil deyib ki, Yasamal Rayon İcra Məmurları Şöbəsinə məktub göndərəcəklər və icranın dayandırılmasını xahiş edəcəklər". Xatırladaq ki, A.Məmmədov eyni iddia üzrə ?Yeni Müsavat? qəzetini də məhkəməyə verib 4 min manat məbləğində cərimələdib. ?Yeni Müsavat? qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxan musavat.com-a bildirib ki, bu xəbər ?Azadlıq? qəzetinə məxsusdur: ?Biz Anar Məmmədovun ayı yeməsi xəbərini "Azadlıq"a istinadən yaymışıq. Məhkəmə prosesinin davam etdiyi müddətdə dəfələrlə danışıqlarda ?Yeni Müsavat?a təklif olunub ki, 1 cümləlik üzr istəyək, bizi işdən ayırsınlar, bizə dair iddianı geri götürsünlər. Lakin biz həm ?Azadlıq? qəzetini meydanda tək qoymamaq, həm də üzr istəməyin KİV haqqında Qanunda olmadığını, konstitusiyanın göstəricilərinə zidd olduğunu nəzərə alaraq, bu addıma getmədik. İndi ?Azadlıq? qəzeti məhkəmə ortaqlarına məsləhət etmədən belə bir addımı atdı. Təbii ki, bu vəziyyət, yəni ?Azadlıq? qəzetinin üzr istəyərək, təkzib verərək geri çəkilməsi yeni situasiya və arzuolunmaz presedent yaradıb. Lakin bu heç də o demək deyil ki, ?Yeni Müsavat? da Anar Məmmədovdan üzr istəyəcək. Biz bu məsələdə qanunların tələblərinə riayət etməyə üstünlük veririk. Bu tələblər nədirsə, onu da icra edəcəyik. Hətta ola bilər ki, ?Yeni Müsavat? bu cəriməni ödəsin, lakin qəzet adı korrupsiyaya, qaranlıq işlərə bulaşmış Anar Məmmədovdan üzr istəməyəcək. Biz ona bu ləzzəti yaşatmayacağıq. Burada iş adamı Anar Məmmədova da vəzifə düşür. Xəbəri ilk yayan qəzet təkzib verib, üzr istəyib; daha ona nə lazımdır? Xoş məram göstərib, iddiasını geri çəksə, bizim bəlkə də onunla işimiz olmayacaq. Lakin ən pis halda, bizdən uzağı 4 min manat alacaq; üstəlik ölkənin ən böyük qəzetinin düşmənçiliyini qazanacaq. Bizim dünyanın bütün beynəlxalq təşkilatlarına, Obama Administrasiyasına, Konqresə, ABŞ Senatına Anar Məmmədovla bağlı şikayət məktubları hazırlamışıq. Hazırda həmin məktublar tərcümə olunur. Biz onları ünvanlarına yollayacağıq. Qoy hər kəs, bütün dünya bu adamın söz azadlığına düşmən olduğunu bilsin". musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR