Qazaxlı sahibkarı zərləyən "jurnalist" cərimələndi

img

23-11-2012 [04:03]


zeti "qara siyahı"da olan Vəkil Rüstəmov məhkəməyə heç bir fakt təqdim edə bilməyərək, yazısından imtina etdi Azərbaycan mətbuatı özünü yeniləməyə və daxilini təmizləməyə qadir bir qurum sayılır. Həsən bəy Zərdabinin davamçıları dünən də, bu gün də zəhmətkeş, qələmləri ilə halal çörək qazanan insanlar olublar. Ancaq hər peşə sahibləri arasında olduğu kimi jurnalist adını ləkələyənlər də var. İnsan bu cür qələm daşıyanlara "jurnalist" deməyi Nəcəf Nəcəfov, Salatın Əskərova, Çingiz Mustafayev kimi jurnalistlərin ruhuna təhqir sayır. Noyabr ayının 7-də Mətbuat Şurasının qərarı ilə jurnalistlərin Peşə Davranışı Qaydalarını mütəmadi pozduğuna, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiyinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdığına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladığına görə "Təzə xəbər" adlı qəzet MŞ-nın "Qara siyahı"sına daxil edilmişdir. Həmin qəzetin baş redaktoru Vəkil Rüstəmov keçən həftə Qazax rayon məhkəməsi tərəfindən rayon sakini Şabəddin Qurbanovun şikayəti əsasında 1000 AZN cərimə edilib. Eyni zamanda Vəkil Rüstəmov və qəzet Ş.Qurbanov barədə yaydığı yalan xəbərə görə, adı çəkilən vətəndaşdan üzr istəyib təkzib verməlidir. Qeyd edək ki, Mətbuat Şurası da ?Təzə xəbər? qəzetinin də fəaliyyət istiqamətlərində sivil jurnalistika ilə bir araya sığmayan məqamların üstünlük təşkil etdiyi qənaətindədir. MŞ-nın Press Relizində göstərlir ki, nəşrin təsisçisi və baş redaktoru Vəkil Rüstəmin Mətbuat Şurasına ünvanladığı məktublarında məsuliyyətdən yayınma cəhdlərinin heç bir əsası yoxdur. O, MŞ-yə cavabda Qazax şəhər sakini Şabəddin Qurbanovla bağlı məqaləyə özünün xəbəri olmadan imzasının qoyulduğunu göstərsə də, nədənsə qəzetin həmin sayının V.Rüstəmin baş redaktorluğu ilə çapa getdiyinə nəzər salmağı unudub. Maraqlıdır ki, məhkəmənin və Mətbuat Şurasının önündə yazısını faktlarla əsaslandıra bilmədiyi üçün öz yazısından və imzasından imtina edən baş redaktor bu gün də müxtəlif dövlət qurumlarını aidiyyati məsələ ilə bağlı narahat etməkdən çəkinmir. Məhkəmə və Mətbuat Şurasında "o yazını mən yazmamışam" dediyi halda, Vergilər Nazirliyi, Dövlət Əmək Müfəttişliyi, Azərittifaq və digər müvafiq dövlət qurumlarına ard-arda şikayət məktubları yazaraq, adı çəkilən şəxsi şərləməkdə davam edir. Yazının dərc olunduğu gündən bəri rayon, regional və paytaxt səviyyəsində yoxlamaların aparılıb və bütün yoxlamaların nəticəsinin də V.Rüstəmovun dediyinin əksinə təmiz çıxıb. Ancaq nə V.Rüstəmov şikayət məktublarını dayandırır, nə də yoxlamaların ardı kəsilir. Şikayətlərlə yanaşı özü YAP-çı olmaya-olmaya şərləmək istədiyi şəxslər barədə tez-tez ?Filankəs məni və mənsub olduğum YAP-ı söydü? ifadələrini işlədərək, absurd ittihamlarla çıxış edir. Tutalım, kiminsə kimdənsə xoşu gəlmirsə, bu məsələyə hər hansı partiyanın nə aidiyyatı var? Vəkil Rüstəmov doğrudan da YAP-çıdırsa, üzvlük haqqını hansı rayonda ödəyir ? Və ya YAP-ın adından istifadə icazəsini kim verib? Görəsən, bu sualların da cavabı məqalədəki imzadan imtina kimi olmayacaq ki? Qazax sakinlərinin sözlərinə görə, rayonda ticarətin əsasını qoyan bir nəslin nümayəndəsi olan və 1970-ci illərdə keçmiş Xalq Təsərüfatı İnstitutunu bitirdikdən sonra Qazax şəhərində ticarətlə məşğul olan Şabəddin Qurbanov həm də rayonun seçilən ağsaqqallarındandır. Uydurma şikayətlərlə belə bir nüfuzlu şəxsin aylardan bəri normal fəaliyyəti əngəllənir və süründürməçiliklə üzləşir. Məşhur atalar sözündə deyildiyi kimi "dəlinin biri quyuya daş atdı, min ağıllı çıxara bilmir".

Digər xəbərlər
SON XƏBƏRLƏR