Jurnalist seriala həkim roluna çəkilib

img

07-11-2012 [11:25]


AzNews.az-ın əməkdaşı Vasif Həsənli ATV telekanalında yayımlanan ?Həkimlər? teleserialına dəvət alıb. Qeyd edək ki, V.Həsənli Azərbaycan mətbuatında siyasət yazarı kimi tanınıb. Əməkdaşımızın sözlərinə görə, ?Həkimlər?in məqsədi bu sənətin cəmiyyətdə rolunu və faydasını aşılamaqdır: ?Serialda həkimlərin cəmiyyətdə rolu və faydasından söhbət açılır. İnanıram ki, bu serial xalqa nəsə deyə biləcək. Mən bu seriala 2-ci hissədən sonra dəvət aldım. Məndə bu seriala qarşı böyük maraq və həvəs var. Çalışacam ki, serialda sona kimi oynayım?. Onu da bildirək ki, ?Həkimlər?in rejissorları Natiq Axund və Yusif Duran, ssenari müəllifi Kəmalə Qasımova, operatoru Bəhruz Əliyev, rəssamı Zumrüd Mirzəliyeva, prodüsseri Seyyid Sahin Zəkizadədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA