Abbas Abbasovun zavodu əlindən alınır?

img

31-10-2012 [11:51]


Baş nazirin sabiq müavini Abbas Abbasova məxsus Rusiyada yerləşən ?Mosvinzavod?la bağlı problem yaranıb. Bu barədə ?Azadlıq?a Rusiyadakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, artıq bir neçə gündür ki, zavodun rəhbərliyi müəssisəyə buraxılmır. Mənbə bildirib ki, dövlət qurumları zavodda hansısa yoxlamalara başlayıb. ?Zavod fəaliyyətini dayandırmayıb, fəhlələr hər gün işə gəlib-gedir. Amma rəhbərlik zavoda buraxılmır. Bir neçə dövlət qurumunun əməkdaşları bu günlərdə müəssisəyə gələrək yoxlama aparılacağını deyib. Amma bəlli ki, bu nə yoxlamadır?, - deyə mənbə vurğulayıb. Məlumat üçün deyək ki, ?Mosvinzavod? əvvəllər sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayevə məxsus olub. Müzamil Abdullayev həbs ediləndən sonra isə zavod Abbas Abbasovun əlinə keçib. Son günlərə qədər də müəssisə baş nazirin sabiq müavininə məxsus olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR