Rəsul Quliyevin partiyasının qərargahı satıza çıxarıldı

img

29-10-2012 [02:15]


Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahı satışa çıxarılıb. Bu barədə alqı-satqı saytlarında elan verilib. Saytın yaydığı məlumatda bildirilir ki, sahibləri həmin mülki satmaqla yaranmış problemdən qurtarmaq istəyirlər. Bildirək ki, elan Türkiyə alqı-satqı saytlarında yerləşdirilib. Qərargahın satış elanında bildirilir: ?Azerbaycan, Bakü Nerimanov bölgesinde Şehir merkezinde Satılık Müstakil villa. Fotolar eski fotolardır önceki kiracılar restoran olarak işletmişlerdir. Şu andaki kiracılar Azerbaycan Siyasi Muhalifet Partisi Azerbaycan genel merkezidir. Aylık kira geliri 7.000 $ dır. 2 senelik sözleşmemiz vardır. Türkiyede araba + gayrimenkul ile takas olur. Satışa hazır durumdadır. Tek tapudur?. Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkğər isə ?Qafqazinfo?ya açıqlamasında bu məsələdən xəbərsiz olduğunu deyib: ?Bizim mülk sahibi ilə heç bir problemi yoxdur. Bu xəbəri sizdən eşidirəm. Dünən sahibkarla görüşümüşük o, bizə belə bir məlumat verməyib, mülk sahibi ilə münasibətlərimiz normaldır?. Qeyd edək ki, sözügedən qərargahın sahibi Azər Əsgərovun Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutan iki qardaşı - Abbas və Yavər Əsgərovlar iki-üç gün əvvəl FHN başçıçı Kəmaləddin Heydərovun əmri ilə tutduqları vəzifələrdən azad olunublar. Məlumatda bildirilir ki, Açıq Cəmiyyət Partiyasının Nərimanov rayonu ərazisində (?Şuşa? restoranının və ?Şərq? bazarının yaxınlığında) icarəyə götürdüyü iki mərtəbəli ofisin sahibi nazir müavini Orucəli Hacıyevin qayınıdır. Əvvəllər bu mülk Orucəli Hacıyevin özünün olub. Sonra onu qaynı Azər Əsgərova pay verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR