Bakıda xaos yazanır

img

24-10-2012 [10:00]


Azərbaycanda keçirilən GT-3 kateqoriyalı "Formula 1" şou-proqramı paytaxt Bakının nəqliyyat sistemini iflic edib. Bu gün səhərdən başlayan tıxaclar hələ də davam edir. Axşam saatlarından başlayaraq usə paytaxtın bütün giriş-çıxışlarında dəhşətli tıxaclar başlayıb. İşdən çıxan şəxslər hələ də evlərinə çata bilməyiblər. Hal-hazırda isə ?20 Yanvar? metrostansiyasından Sumqayıt və Şamaxı yolu istiqamətində böyük tıxac yaranıb. Tıxacın uzunluğu kilometrlərə çatır. Təkcə həmin istiqamətdə onminlərlə avtomobil tıxacda qalıb. Yaranmın tıxaclara görə həmin istiqamətdə xeyli qəzalar da baş verib. "Formula 1"in hələ bir neçə gün davam edəcəyini nəzərə alsaq, tıxacların sabah və birisi gün də olacağını söyləmək olar. Qeyd-edək ki, şou-proqrama görə şəhərin mərkəzinə avtomobillərin girişi qadağan olunub. *** Bakının mərkəzi küçələrinin bağlanması şəhərdə, eləcə də şəhər ətrafı yollarda böyük, görünməmiş tıxacların yaranmasına səbəb olub. Bu gün səhər saatlarından başlayan tıxaclar günün bu saatına (22.00) qədər davam edir və hlə bir neçə saat sürəcəyi gözlənilir. "Azadlıq" radiosunun müxbirinin musavat.com-a verdiyi məlumata görə, paytaxtın küçələrind minlərlə maşın yollarda qalıb: "Sürücülər artıq maşınlarının mühərrikini söndürb otuublar və nə vaxtsa yolların açılacağını gözləyirlər. Tıxacın bir ucu "20 Yanvar" metrostansiyasında digəri Xırdalan və Sulutəpə qəsəbələri ərazisindədir. Hamı bu vəziyyətin yaranmasını paytaxtda "Formula 1" yarışmasının keçirilməsi ilə bağlayır". Bunu hələ səhər saatlıarında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da APA-ya açıqlamasında bildirimişdi. Bölmə rəisi demişdi ki, yollarda yaranan sıxlıq paytaxtda keçiriləcək ?Formula-1? şou-proqramı çərçivəsində həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlıdır. Ötən gün bu barədə məlumat verildiyini qeyd edən V. Əsədov bir daha bildirib ki, sabahdan start götürəcək şou proqram ilə əlaqədar Azadlıq meydanı istiqamətində yollar bağlanıb. Bunun üçün də sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Rəsmi açıqlamada sürücülərə Azadlıq Meydanı, Zorge, Puşkin, Ü. Hacıbəyov, Z. Əliyeva, R. Behbudov küçələri Azadlıq və Neftçilər prospektləri istiqamətində hərəkət etməmək məsləhət görülürdü. Tədbir keçirilən müddət ərzində A. Cəlilov və Y. Səfərov küçələrinin kəsişməsindən, S. Vurğun və Bülbül prospekti ilə Z. Əliyeva küçəsinin kəsişməsindən, Niyazi küçəsi ilə ?Azneft? dairəsinə və ?Azneft? dairəsindən Neftçilər prospekti ilə, həmçinin ?Kempinski? otelindən M. Müşfiq küçəsi ilə Parlament prospekti, M. Hüseyn, Teymur Elçin, Niyazi küçələrindən ?Azneft? dairəsi və Neftçilər prospekti ilə yürüş zolağı istiqamətində hərəkətin məhdudlaşdırılmasını nəzərə alaraq, mümkün qədər şəxsi avtomobillərdən az istifadə olunması, alternativ yollardan istifadə etməklə ictimai nəqliyyat vasitələrindən istifadə tövsiyə edilirdi. Ancaq belə görünür ki, adıçəkilən yarış bütün paytaxtı iflic edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR