Əli insanovun qızı ilə general Məhərrəm Əliyevin oğlunun məhkəməsi bazlayır

Əli insanovun qızı ilə general Məhərrəm Əliyevin oğlunun məhkəməsi bazlayır

GÜNDƏM

24.10.2012, 09:55

Bu gün Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, keçmiş səfir Məhərrəm Əliyevin oğlu Polad Əliyevin mülki məhkəməsinə start verilir. Mia.az-ın xəbərinə görə, sabiq səhiyyə naziri Əli İnsanovun qızı Ayla İnsanovla (Əliyeva) ailə həyatı qurmuş general Məhərrəm Əliyevin oğlu Polad Əliyev 2005-ci ilin oktyabr ayında yaşanan olaylardan sonra ayrılıblar: ?Əli İnsanov tutulduqdan sonra ailə dağıldı. Rəsmi boşanmadan sonra məhkəmənin qərarı ilə birgə yaşadıqları mənzili Ayla İnsanovaya verməyə məcbur olan Polad Əliyev bu günədək nə həmin mənzilin rəsmiləşdirilməsinə, nə də digər mənfəətlərin bölünməsinə şərait yaradıb. Buna görə də Ayla İnsanova Polad Əliyevin bu hərəkətindən məhkəməyə müraciət edib. ?Mənzilin rəsmiləşdirilməsi və digər mənfəətlərin bölünməsi?ndən bəhs edən iddia ərizəsi üzrə işə Nərimanov rayon Məhkəməsində baxılıb. Hazırda isə mübahisə Bakı Apelyasiya Məhkəməsində araşdırılır?. Məlumata görə, məhkəmə işinə bu gün hakim İsmayıl Vəliyevin sədrliyi ilə start veriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR